Azərbaycan neftinin Rusiyadan nəqli dayandırılıb
19-02-2016, 16:32
Azərbaycanın dövlət neft şirkəti SOCAR Rusiyanın neft nəqli operatoru “Transneft”lə 2016-cı il ərzində bu ölkədən neft nəqlinin bərpa edilməsinə dair danışıqlar aparır.
Virtualaz.org xəbər verir ki, adının açıqlanmamasını xahiş edən SOCAR rəsmisi bu barədə “Reuters” agentliyinə bildirib. Rəsmi deyib ki, Bakı-Novorossiysk kəməri ilə neft nəqli ötən ilin dekabrından “texniki səbəblərə görə” dayandırılıb.
Hazırda Azərbaycan Bakı-Novorossiysk neft kəməri üçün nəzərdə tutulan neft həcmini Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa kəmərləri, habelə dəmir yolu ilə Gürcüstan ərazisindən nəql edir. SOCAR rəsmisi deyib ki, ötən ilin dekabrından “Bakı-Novorossiysk neft kəmərində yaranmış texniki problem səbəbindən” Azərbaycan bu marşrutla neft nəql etmir.
“Biz xahiş etdik ki, müvəqqəti olaraq Mahaçqaladan keçən başqa marşrutdan istifadə etməyi təklif etdik, hansı ki, bu opsiya müqavilədə nəzərdə tutulub. Lakin “Transnef” texniki imkanların məhdud olduğunu bildirib bundan imtina etdi”-SOCAR rəsmisi deyib.
Azərbaycan 2015-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə cəmi 1.27 milyon ton neft nəql edib. 2014-cü ildə bu rəqəm 1.02 milyon ton olub.SOCAR vəzifəliis deyib ki, Azərbaycan bu il Rusiyadan neft nəql etməyb, ancaq “Transneft”lə nəqlin bərpasına dair danışıqlar aparıb, Mahaçqala variantını təklif edib.
“Biz ruslarla hələ danışıqlar aparırıq, onlar daha çevik olmalıdır. SOCAR bu il Rusiya ərazisindən 1.4 milyon ton neft nəql etməyə hazırdır”-şirkət rəsmisi deyib.
Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin dayandırıldığı barədə indiyədək ictimaiyyətə heç nə məlum deyildi.