Argentinada 8 yaşlı qıza təcavüz etmək istəyən gənci yerli sakinlər tutaraq şəhərdə çılpaq gəzdiriblər.
Paytaxt Buenos-Ayresdə hadisə başında yaxalanan gənc lüm-lüt şəhərdə gəzdirilib və olay videoya lentə alınıb. Daha sonra video sosial şəbəkələrə yerləşdirilib.
Türkiyənin «Cümhuriyyət» qəzeti yazır ki, adı açıqlanmayan gənc daha sonra polisə təslim edilib.
Onun nə qədər cəza aldığı barədə məlumat verilmir.