Generalı əvəz edəcək hakim danışdı... - "...hələ başlamamışam"
24-03-2016, 12:21
Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalovu əvəzləyəcək Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev unikal.org-a qısa müsahibə verib.
-Xanlar Zeynalov bildirib ki, onu Nurəddin Mustafayev əvəzləyəcək. Bu həqiqətənmi belədir? -Xanlar müəllim deyirsə, deməli elədir. -Vəzifənizin icrasına başlamısınızmı? -Xeyr, hələ başlamamışam. Novruz bayramı olduğu üçün, işləmirəm. Mart ayının 28-dən vəzifəmin icrasına başlayacağam. -Sizi yeni vəzifə münasibəti ilə təbrik edirik... -Çox sağ olun. Təşəkkür edirəm.