Nazarbayevin qızı parlamentin yeni tərkibinə daxil edilmədi

24-03-2016, 12:41           
Nazarbayevin qızı parlamentin yeni tərkibinə daxil edilmədi
Qazaxıstan prezidentinin qızı, respublika baş nazirinin müavini Dariqa Nazarbayeva "Nur Otan" partiyasının siyahısına əsasən parlamentin yeni tərkibinə daxil edilməyib.

"Report" xəbər verir ki, bu barədə bu gün Qazaxıstan prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Martın 20-də Qazaxıstanda parlamentin aşağı palatasına (Məclisə) növbədənkənar seçkilər keçirilib. Parlamentdə üç partiya təmsil olunacaq: iqtidardakı "Nur Otan" (seçici səslərinin 82,2%-ni qazanıb), "Ak Jol" (Ağ Yol - 7,18%) və Qazaxıstan Kommunist Xalq Partiyası (7,14%).

Qeyd edək ki, parlamentin aşağı palatasında yer qazanmaq üçün D.Nazarbayeva ilə yanaşı, "Nur Otan" partiyasından daha 126 namizəd mübarizə aparıb. Yekunda partiya 84 deputat mandatı qazanıb. Xatırladaq ki, 2015-ci ilin sentyabr ayında Qazaxıstan prezidenti Nursultan Nazarbayev qızı Dariqa Nazarbayevanı ölkənin baş nazirinin müavini təyin edib. Bu təyinata qədər xanım Nazarbayeva Parlament Məclisinin vitse-spikeri vəzifəsində çalışıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.