İntiqam Əliyev azadlığa buraxıla bilər - Zakir Qaralov protest verib

24-03-2016, 13:09           
İntiqam Əliyev azadlığa buraxıla bilər - Zakir Qaralov protest verib
Baş prokuror Zakir Qaralov hüquq müdafiəçisi İntiqam Əliyevə verilən cəzanı ağır hesab edib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, Baş prokuror İntiqam Əliyev barəsində seçilən qərardan ağır olmasına dair əlavə kassasiya protesti verib: "Martın 28-i saat 12-ə plenum təyin olunub. İntiqam Əliyev həmin gün buraxıla bilər".

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağıt Cinayətlər Məhkəməsinin hökme ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.