Bakıda müəllim şagirdə şillə vurdu, valideyn polisə verdi

21-10-2022, 18:50           
Bakıda müəllim şagirdə şillə vurdu, valideyn polisə verdi
Bakıda valideyn övladına müəllim tərəfindən şillə vurulmasını bildirərək polisə müraciət edib.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, Binə qəsəbə sakini, 1992-ci il təvəllüdlü ana 3-cü Polis Şöbəsinə müraciət edərək bildirib ki, 218 saylı məktəbdə müəllim işləyən Təranə Mürsəlova (şərti) 2008-ci təvəllüdlü oğluna şillə vurub.
Ətraflı

O, müəllimin dərs vaxtı oğluna zərbə endirdiyini əlavə edib və hadisənin araşdırılaraq tədbir görülməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru