Sürücü taksisində yuxuya gedən sərnişini zorladı

22-10-2022, 00:13           
Sürücü taksisində yuxuya gedən sərnişini zorladı
Sürücü taksisində yuxuya gedən sərnişini zorladı
Moskvada taksi sürücüsü yatmış sərnişinə təcəvüz edib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

"2022-ci il oktyabrın 10-na keçən gecə taksi fəaliyyəti ilə məşğul olan təqsirləndirilən şəxs Akademik Korolyov küçəsində dayanmış avtomobilin salonunda olarkən 1986-cı il təvəllüdlü sərnişinin yatmasından istifadə edərək, arxa oturacaqda oturaraq ona qarşı cinsi hərəkətlər edib, həmçinin zorlamağa cəhd edib", - məlumatda deyilir.

İstintaq Komitəsinin məlumatına görə, zərərçəkmiş taksi sürücüsünə fəal şəkildə müqavimət göstərib və avtomobili tərk edə bilib. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 131-ci maddəsinin 1-ci hissəsi ("Zorlamaya cəhd") və 132-ci maddəsinin 1-ci hissəsi ("Seksual xarakterli digər zorakılıq hərəkətləri") ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs həbs edilib, istintaq davam edir.\\Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru