Tələbə əməliyyatdan üç gün sonra vəfat etdi

23-10-2022, 00:08           
Tələbə əməliyyatdan üç gün sonra vəfat etdi
Azərbaycan Dövlət Aqrar Universitetinin ADAU) tələbəsi əməliyyatdan üç gün sonra vəfat edib.

Teref.az APA-ya istinadla xəbər verir ki, Şəmkir rayon Ağlavaşlı kənd sakini Rühəngiz Məhərrəmova bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Əməliyyat həyata keçirən cərrah Rövşən Xəlilzadə APA-ya bildirib ki, R. Məhərrəmova oktyabrın 19-da beyin əməliyyatı olunub. Bu gün isə qəfildən halı pisləşib: "Bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb".

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üçüncü kurs tələbəsi olmuş R. Məhərrəmova İkinci Qarabağ Müharibəsində şəhid olmuş Qurban Qəzənfərlinin bacısıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.