Ukraynada hərbi zavodun rəhbəri həbs edilib

23-10-2022, 10:39           
Ukraynada hərbi zavodun rəhbəri həbs edilib
Ukraynanın Zaporojye şəhərində yerləşən “Motor Siç” hərbi zavodunun fəxri prezidenti Vyaçeslav Boquslayev həbs edilib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, onu Ukraynanın xüsusi xidmət orqanları saxlayıb. Boquslayev vətənə xəyanətdə ittiham edilir.

Xatırladaq ki, “Motor Siç” Ukraynanın ən böyük hərbi müəssisələrindən olub təyyarə və helikopter mühərrikləri istehsal edir. Ötən ildən zavod Türkiyənin “Akıncı” PUA-ları üçün mühərrik tədarük edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.