Kubalı pilot təyyarə ilə ABŞ-a qaçıb

23-10-2022, 10:43           
Kubalı pilot təyyarə ilə ABŞ-a qaçıb
Kubalı pilot ölkəsindən təyyarə ilə qaçaraq ABŞ-ın Florida ştatına enib.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, Martinez Maşado adlı pilot ABŞ-a sovet istehsalı olan “An-2” tipli təyyarə ilə qaçıb.

Kubanın mərkəzi regionlarında işləyən pilot özölkəsindən qaçdığını bildirib. ABŞ tərəfi hələ ki Havanaya bu barədə rəsmi məlumat verməyib.

Kubanın Milli Aviasiya Xidməti bildirir ki, Martinez Maşado kənd təsərrüfatı bitkilərini dərmanlamaqla məşğul idi. O, gün ərzində ikinci reysi yerinə yetirdikdən sonra aerodroma qayıtmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru