Naxçıvanda əsgər avtomatdan açılmış atəş nəticəsində ölüb
24-10-2022, 20:20
Oktyabrın 24-ü saat 11 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər 1999-cu il təvəllüdlü Kazımov Mayıl Ramiq oğlu ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölüb.
Bu barədə Hərbi Prokurorluq məlumat yayıb.
Faktla bağlı Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılır.