Ukraynada Rusiyaya məxsus 3 helikopter vurulub 25-10-2022, 07:58 Ukraynada ötən sutka Rusiyaya məxsus 3 ədəd “Ka-52” (Alliqator) helikopteri vurulub.APA xəbər verir ki, bu barədə Cənub Ordu Komandanlığı məlumat yayıb.Helikopterlərin ikisi günorta saat 13.00 – 13.30 arasında, üçüncüsü isə axşam saatlarında məhv edilib. Facebook-da paylaş