Bakının Suraxanı rayonunda avtomobil aşıb, sürücü xəsarət alıb.
"Report" un məlumatına görə, 1993-cü il təvəllüdlü Mustafazadə Cavid Nicat oğlunun idarə etdiyi minik avtomobili yol kənarındakı maneəyə çırpılaraq aşıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.