Gədəbəydə qəza: 83 yaşlı piyada hadisə yerində öldü 26-10-2022, 11:45 Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın məlumatına görə, hadisə Xarxar kəndində qeydə alınıb.Hərəkətdə olan VAZ markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1939-cu il təvəllüdlü Vaqif Qasımovu vurub.83 yaşlı piyada hadisə yerində ölüb.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş