Meymun üç yaşlı qızı qaçırdı

1-11-2023, 08:47           
Meymun üç yaşlı qızı qaçırdı
Çində meymun üç yaşlı qızı qaçırıb.

Modern.az xəbər verir ki, bu barədə “Asia One” portalı məlumat yayıb.

Hadisə oktyabrın 21-də Quizhou əyalətində baş verib. Valideynlərinin ağacın altında tək qoyduğu qızı meymun qaçırıb. Daha sonra polis yaxınlıqdakı meşədə axtarışlara başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızı uçurumun yaxınlığında tapıb.

“Asia One”ın məlumatına görə, qızın bədənində meymunun barmaq izlərinə bənzəyən bir neçə cızıq olub.

Polis bildirib ki, hadisə ilə əlaqədar olaraq, sakinlərin təhlükəsizliyini təmin etmək üçün ərazidə patrul xidməti aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru