İsrail qəzzalılara 4 saat vaxt verdi

6-11-2023, 15:35           
İsrail qəzzalılara 4 saat vaxt verdi
İsrail ordusu Qəzza zolağının şimalındakı sakinlərə anklavın cənubuna təhlükəsiz şəkildə təxliyəsi üçün daha dörd saat vaxt verdiyini bildirib.

Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmisi Avixay Edri X sosial şəbəkə hesabında yazıb.

“Bu gün İsrail ordusu yenidən Səlahəddin yolunda (Şimal və Cənub Qəzza arasında) saat 10:00-dan 14:00-a qədər (Bakı vaxtı ilə 12:00 və 16:00) hərəkətə icazə verəcək. Özünüzün və yaxınlarınızın qayğısına qalırsınızsa, o zaman İsrail ordusunun verdiyi göstərişlərə əməl edərək cənub bölgəsinə keçin”, - o bildirib.

Edri qeyd edib ki, HƏMAS davam edən humanitar səylərə zərər verir və Qəzzadakı mülki əhalidən canlı qalxan kimi istifadə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru