Kəlbəcərdə hərbçilər qəzaya düşdülər: Yaralılar var

Bu gün, 10:40           
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər: Yaralılar var
Kəlbəcərdə hərbçilərin olduğu maşın aşıb.

TEREF "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Xaliq Quliyev UAZ markalı avtomobilə idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb.

Nəticədə sürücü və sərnişinlər - Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralıların vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.