"Azərbaycan Ordusu Qarabağda əməliyyat..." – Nazirlikdən erməni təxribatına cavab

17-08-2018, 15:28           
"Azərbaycan Ordusu Qarabağda əməliyyat..." – Nazirlikdən erməni təxribatına cavab
Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir.

Bu barədə Mia.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

ErməniKİV-lərində bu gün Azərbaycan Ordusunun guya diversiya hücumu etməsi haqda yayılan məlumatlara münasibət bildirən nazirlik bəyan edib ki, düşmən tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır.

"Erməni kütləvi informasiya vasitələrində yayılan bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir" - nazirliyin məlumatında qeyd olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.