3 yaşlı uşaq alışqanla ehtiyatsız davranmağın qurbanı oldu - BAKIDA
30-09-2015, 13:27
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 28-də Xəzər rayonunun Buzovna qəsəbəsində qəsəbə sakini, 3 yaşlı Xəyal Mehdiyev alışqanla ehtiyatsız davrandığından yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş X.Mehdiyev sentyabrın 29-da orada ölüb.