Sentyabrın 30-da Tərtər Rayon Məşğulluq Mərkəzi tərəfindən rayonda İşaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədi ilə növbəti “Əmək Yarmarkası” keçirilmişdir. ”Əmək Yarmarkası”na rayonda fəaliyyət göstərən 17 idarə, müəssisə və təşkilatdan 228 vakant iş yeri təqdim olunmuşdur ki, bunlardan da 158-i fəhlə, 70-i qulluqçu iş yerləridir. Yarmarkada 200-dən artıq işaxtaran vətəndaş iştirak etmiş, onların 52 nəfəri öz istəyinə və ixtisasına uyğun işə ğöndəriş almışdır.
teref.az xəbər verir ki, tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov hər il rayonda əmək yarmarkası təşkil olunduğunu, bunun da iş tapmaqda çətinlik çəkən sakinlərin iş yerləri ilə təmin olunmasına müsbət təsir göstərdiyini bildirmişdir.