Tovuzda yanacaqdoldurma məntəqəsinə basqın edənlərdən biri qadın olub - YENİLƏNİB
3-10-2015, 21:13
Azərbaycanın Tovuz rayonunda yanacaqdoldurma məntəqəsinə hücum edən 3 nəfərdən biri qadın olub.
Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, İman Əkbərova məxsus yanacaqdoldurma məntəqəsinə basqın edənlər operator Mehman Eyvazovu bıçaqla hədələyərək, kassanı açdırıblar. Sonra onu əl-qolunu bağlayaraq, kassadakı 1700 manatı oğurlayıblar.
*** *** ***
12.24
Tovuz. Bu gecə saat 03.00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə hücum edilib.
Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar.
Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.