"Sahil" ticarət mərkəzinin binasında çatlar yaranıb - İDDİA

3-10-2015, 21:40           

teref.azya danışan məlumatlı mənbənin sözlərinə görə "Sahil" ticarət mərkəzinin üstündə yerləşən yaşayış binasında çatlar əmələ gəlib. Məlumat verən mənbənin sözlərinə görə bu gün səhərdən binanın vəziyyətini yoxlamaq üçün böyük bir heyətdə mütəxəsislər cəlb edilmişdi. Mənbənin dediyinə\ görə bina qəzalı bina kimi yaşayışa təhlükəli hesab edilib və köçürülməsi qərara alınıb.
Bülbül prospektində yerləşən və Sahil metrosunun üstündə tikilən bu göydələn hələ tikilən zaman böyük mübahisələrə səbəb olmuşdu. Mütəxəsislər qətiyyətlə metro stansiyalarının üstündə hündür binaların tikilməsinin təhlükəli olduğunu qeyd etmişdilər.
teref.az olaraq sakinlərdən bu haqda soruşduqda, onlar həqiqətəndə səhər Səbael icra hakimiyyəti və Bakı icra hakimiyyətindən bir çox adamların buada olduğunu təsdiq etdilər. Lakin rəsmi bir şəxs tapa bilımədiyimiz üçün suallarımıza cavab ala bilmədik.
Araşdırmamız davam edir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.