Qəbələdə insanlar köməksiz vəziyyətdə sel təhlükəsi qarşısında qalıb.
Hazırda rayonun Nic kəndi ərazisində olan hüquq müdafiəçisi Mahirə Əmirhüseynova müsavat.com-a bildirib ki, bir neçə saat öncədən başlayaraq rayona güclü yağış yağır, artıq bir çox yerləri sel basır: “Getdiymiz maşın CİP-dir, maşının aynalarına qədər su qalxıb. Balaca maşınlar selə təslim olur, bir neçə maşın tamamilə suyun altında qalıb. Adamlar panikadadır, əksər insanlar hündür yerlərə çıxıb seldən qorunmağa çalışır”.