Ötən gecə Tərtərdə dəhşətli qətl hadisəsi baş verib.
Rayon prokurorluğundan "Report"a verilən məlumata görə, Cəmilli kənd sakini, 26 yaşlı Nəsibov Qurban Xanbaba oğlu yaşadığı evdə yatmış vəziyyətdə olan 1974-cü il təvəllüdlü atası Nəsibov Xanbaba Qurban oğlunu və 1958-ci il təvəllüdlü anası Nəsibova Nazlı İbrahim qızını baş nahiyəsindən küt alətlə vuraraq qətlə yetirib.
Hazırda Nəsibov Qurban şübhəli şəxs qismində saxlanılıb.
Rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.