Rəşad Məmmədovu MTN şərləyib? - Sadiq dostları sabiq rəisi həbsdən qurtarmağa çalışırlar

29-10-2015, 12:21           
Rəşad Məmmədovu MTN şərləyib? - Sadiq dostları sabiq rəisi həbsdən qurtarmağa çalışırlar
Yaxın ətrafı Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun MTN generalları tərəfindən şantaj olunduğunu və bu şantaja boyun əymədiyinə görə həbs olunduğunu dövriyəyə buraxıblar.

Rəşad Məmmədovun dostları onun əmlaklarını və torpaqlarını satışa çıxarıblar; Azər Əsgərov və Fuad Quliyev qonşu Gürsüstanda yeni biznes qurumları yaratmaq üçün artıq işlərə başlayıblar; sabiq rəisin dostları Batumidə yeni otel tikirlər; Rəşad Məmmədovu həbsdən azad etmək və ölkəni sakitcə tərk etmək onların planının əsasını təşkil edir...

Dünən Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun dostları və yaxınları onun həbsdən çıxarılması üçün fəaliyyətə başlayıblar. Bu barədə PİA.AZ-ı məlumatlandıran mənbəninin bildirdiyinə görə Rəşad Məmmədovun yaxın çevrəsinə aid olan “Azİmport” MMC-nin sahibi Azər Əsgərov və Rəşad Məmmədovun bir çox obyektlərini istər ölkədə, istərsə də ölkə xaricində idarə edən Fuad Quliyev adlı şəxs Rəşad Məmmədovun MTN generalları tərəfindən şantaj olunduğunu və bu şantaja boyun əymədiyinə görə həbs olunduğunu dövriyəyə buraxıblar. Lakin dünənki məhkəmə gedişində Rəşad Məmmədovun daha iki ay həbsdə saxlanılması vəziyyəti bir qədər gərginləşdirib. Çünki dünən Azər Əsgərov və Fuad Quliyev Rəşad Məmmədovun azadlığa çıxmasını güman etsələrdə, bu baş verməyib və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisinin yaxın ətrafı bundan məyus olublar. Buna baxmayaraq Rəşad Məmmədovun dostları və yaxınları geri addım atmağı düşünmürlər. Buna görə də yaranmış şəraitdən istifadə edərək sabiq rəisin məhz həbs olunan MTN generallarının qurbanı olması barədə versiya irəli sürüblər. Mənbə hazırda bu istiqamətdə ciddi işlərin aparıldığını bildirir.

Qeyd edək ki, Azər Əsgərov Rəşad Məmmədovun qaynıdır və “Azİmport” MMC-nin məhz sabiq rəisə aid olduğu bildirilir. Bir müddət əvvəl isə mətbuatda Rəşad Məmmədovun ailəsinin ölkəni tərk etdiyi bildirilirdi.

Rəşad Məmmədovun mal varlığının isə təkcə “Azİmport” MMC-dən ibarət olmadığı bildirilir. Sabiq rəisin istər ölkə daxilində, istərsə də, xaricdə çoxlu sayda biznes strukturlarının fəaliyyət göstərildiyi qeyd olunur və bu barədə mətbuatda çoxlu sayda məlumatlar yayılıb.

Mənbənin bildirdiyinə görə hazırda Rəşad Məmmədovun qaynı, “Azİmport” MMC-nin sahibi Azər Əsgərov və sabiq rəisin dostları onun biznesini lazımı səviyyədə inkşaf etdirir və qoruyurlar. Paytaxtın mərkəzindəki “Nar Şərab”, “Manqal”, “Venesiya”, “Dağüstü park”, “Senator” və Bayraq meydanındakı “Bayraq” restoranlarının Rəşad Məmmədova aid olduğu bildirilir və qeyd edilir ki, bu biznes strukturlarını həbs edilən sabiq rəisin dostu Fuad Quliyev idarə edir.

Hazırda isə Azər Əsgərovun və Fuad Quliyevin əsas işi Rəşad Məmmədova aid olan və onların idarəsində olan şirkətləri dəyərinə satıb əldə etdikləri vəsaitləri ölkə xaricinə çıxarmaqdan ibarət olduğu qeyd olunur. Belə ki, Rəşad Məmmədova məxsus olduğu iddia olunan, paytaxtın Qala kəndində yerləşən "Zeytun bağları" adlanan ərazidə torpaqlar artıq satışa çıxarılıb. Həmin torpaq sahləri isə Azər Əsgərovun və Rəşad Məmmədovun dostlarının, yaxınlarının adına sənədləşdirildiyi bildirilir.

Mənbəmiz iddia edir ki, Azər Əsgərov və Fuad Quliyev qonşu Gürsüstanda yeni biznes qurumları yaratmaq üçün artıq işlərə başlayıblar. Onlar Rəşad Məmmədovun daha əvvəl Batumi şəhərində aldığı topraq sahəsində otel tikintisinə də start veriblər. Bundan başqa Azər Əsgərov və Fuad Quliyevin Gürcüstanın digər şəhərlərində də biznes qurmaq üçün işlərə başladıqları bildirilir. Həmçinin Avropa ölkələrində də olan bizneslərini daha bğöyütməyə çalışdıqları qeyd olunur.

Eyni zamanda mənbəmiz iddia edir ki, Rəşad Məmmədovun ailəsinin xaricə çıxarılmasını da məhz onun ən yaxın dostları təşkil ediblər. Hazırda isə Rəşad Məmmədovu həbsdən azad etmək və ölkəni sakitcə tərk etmək onların planının əsasını təşkil edir.

Qeyd edək ki, serhed.info saytı "Azimport" şirkətinin rəhbəri Azər Əskərovun separatçılar və keçmiş “OMON” la ciddi əlaqələrinin olması, hətta bir neçə il həbsdə yatması barədə məlumat yayıb. Rəşad Məmmədovla bağlı bizim diqqətimizi cəlb edən digər bir maraqlı xəbər isə, onun paytaxtda böyük restoran şəbəkəsinə sahiblik etməsidir.

Rəşad Məmmədovun həbsindən sonra üzə çıxan digər faktlardan biri də “Azərenerji” rəhbəri E. Pirverdiyevlə əlaqələrinin olmasıdır. Səhmlərinin 100 faizi dövlətə məxsus olan “Azərenerji” ASC-yə milyardlarla dollara yaxın investisiya yatırılsa da, prezidentin fevral sərəncamından da belə məlum oldu ki, ayrılan vəsaitin əhəmiyyətli hissəsi mənimsənilib. Mütəxəssislərin hesablamalarına görə, ayrılan vəsait-hansı ki, onun əhəmiyyətli hissəsini dövlət kredit şəklində alıb - məqsədəuyğun sərf edilsəydi, Azərbaycanda sıfır variantından Avropa standartlarına uyğun elektrik enerjisi ilə təchizat sistemi qurmaq mümkün olardı. Həm məlum sərəncam, həm hökumətin özəlləşdirmə hazırlıqları “Azərenerji” rəhbərinə bundan sonra etibar edilməyəcəyinə sübutdur.

E.Pirverdiyevin etibarını sarsıdan daha bir ciddi fakt Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovun həbsindən sonra üzə çıxdı. Məlum oldu ki, Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları mediaya sızdırıldı. Ehtimal etmək olar ki, iqtidarda E.Pirverdiyevlə bağlı korrupsiya şübhələri hələ R.Məmmədovun həbsindən əvvəl də olub.

Rəşad Məmmədovun, həm də Azər Əsgərovun etnik mənşəcə qarışıq nikahlardan olması faktı təsdiqlənib. Ancaq onların vurulmalarına səbəb etnik mənşələri deyil, harın həyat sürmələri və dövlətdən oğurlayıb xaricə çıxardıqları vəsaitlərdir. Həmin vəsaitlər geri qaytarılıb yerinə qoyulmayınca, Rəşad Məmmədovun əfv olunmasını isə mənbə inandırıcı saymır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.