Dövlət Reyster Xidmətinin rəisi Eldar Mahmudova niyə 1 milyon verib? - ŞOK İTTİHAM
29-10-2015, 17:22
Xidmət rəisinin Quba rayonun Qəçrəş kəndində tikdirdiyi villa isə heç də Eldar Mahmudovun Badamdar qəsəbəsindəki sarayından geri qalmır.
Prezident İlham Əliyev Milli təhlükəsizlik naziri Eldar mahmudovu vəzifəsindən azad etdikdən sonra bu qurumda bir çox şəxslərin həbs olunması və işdən çıxarılması əməliyyatı davam edir. Belə ki, ölkənin təhlükəsizlik sisteminin yüksək rütbəli əməkdaşlarının böyük bir şəbəkə yaradaraq iş adamlarını, məmurları şantaj edərək hədə yolu ilə külli miqdarda rüşvət aldıqlaır ortaya çıxıb. MTN-dəki təmizləmə əməliyyatı Vergilər nazirliyi, Rabitə nazirliyi, Azal, və digər komitə qurumlarada artıq sıçrayıb. Bir çox məmurların Eldar Mahmudovla əlbir olduğu şərikli qara işlər görərək dövlətin yüz milyonlarla vəsaitinin mənimsənilməsi ilə bağlı ilginc faktlar üzə çıxmaqda davam edir.
Ötən gün mətbuatda Eldar Mahmudovla Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənovun isti və soyuq münasibətləri ilə bağlı müxtəlif məlumatlar yayılıd. Həmin məlumatlarda qeyd olunur ki, Kərəm Həsənov hansısa bir səbədən MTN nazirinə bir neçə milyon hesab verib. AzFakt.com-a özəl mənbələrdən daxil olan məlumata görə komitə sədri ilə MTN nazirinin arasında milyonluq sövdələşməsi həqiqətəndə baş verib. Mənbəmiz bildirir ki, Fərhad Əliyevin həbsindən sonra Kərəm Həsənov bir xeyli irəli gedərək güclənmişdi. Ancaq işinin ən xod gedən vaxtı komitənin bir neçə yüksək vəzifəli şəxsi MTN-nin toruna düşüb.
Mənbəmiz iddia edir ki, Kərəm Həsənovun ətrafından Eldar Mahmudovun toruna düşən ilk yüksək vəzifəli şəxs isə Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov olub. Məhəmməd İmanovun Əmlak Komitəsində əsas kilid adamlardan biri olduğu və KərəmHəsənovun "qara kasası" rolunu oynadığı isə bir çoxlarına bəllidir.
İddiaya əsasən Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun ən yaxın adamı hansısa bir obyekti özəlləşdirmək üçün külli miqdarda rüşvət aldğı zaman MTN-nin işçiləri tərəfindən həbs olunub. Həbs olunan Rester Xidmətinin yüksək vəzifəli şəxsi əslıində xeyli vaxt imiş izlənirmiş. Xidmət rəisinin ən yaxına admının MTN-də Məhmməd İmanova və Kərəm Həsənova qarşı ilginc, dəqiq faktlara dayanan ifadələr verməsi komitə sədri ilə "qara kassanı" çətin vəziyyətə salıb.
İnformasiya mənbəmiz iddia edir ki, həbs olunan şəxsin azad olunması və məsələnin ört basdır edilməsi üçün Reyster Xidmətinin rəisi Məhəmməd İmanov MTN generallarından birinə1 milyon dollar rüşvət verib. Həmin 1 milon dollar rüşvətin 500 min dolları nəğd şəkildə nazirin ən yaxın adamlarının birinə verilib, yerdə qalan məbıəğ isə 2 gün ərzində "Zamin Bankın" paytaxtdakı filiallarındna birindəki hesaba köçürülüb. Məhəmməd İmanovun 1 milyon dollar hesab verdikdən sonra həbs olunan şəxs azadlığa çıxıb.
Bundan sonra isə komitə sədri ilə MTN nazirinin arasındakı münasibətlər istiləşməyə başlayıb və tərəflər arasında «işgüzar» münasibətlər qurulub. Belə ki, paytxatdakı bir çox özəlləşməyən obyektlər Eldar Mahmudovun istəyi ilə MTN şefinə yaxın olan adamlarının adına sənədləşdirib.
Komitə sədrinin qardaşı Şahin Həsənovun MTN-də beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə gətirildikdən sonra isə bu münasibətlər ən yüksək səviyyədə olub və «işgüzar» münasibətlər daha da inkişaf edib. Mənbə bildirir ki, Məhəmməd İmanov paytaxtdakı bir çox iş adamlarına və məmurlara aid olan əmlakların siyahısını Eldar Mahmudovun dəstəsinə verib. Həmin siyahı əsasında hansı iş adamının və məmurun nə qədər mal-mülkə sahib olduğunu çox rahatlıqla müəyyənləşdirilib və həmin şəxslər növbə ilə şantaja məruz qalıblar.
AzFakt.com-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, Məhəmməd İmanovun MTN xətti ilə isti münasibətləri onun əl qolunu çox raha şəkildə açmasına səbəb olub. Belə ki, əldə olunan razılaşmadan sonra Dövlət Reyster Xidmətinin rəisi ağına bozuna baxmadan ölkədə açıq aşkar «kupça» alverinə başlayıb. Hətta arxaynlıq o səviyyədə olunub ki, bir neçə il əvvəl prezidentin sənədsiz evlərin Dövlət Reyster Xidməti tərəfindən qeydiyyata alınması barədə sərəncamı və tapşırığı belə icra olunmayıb. Bu məsələyə dəflərlə qayıdılsa da, Dövlət Reyster Xidməti susqunluq fonunda verilən tapşırığı yerinə yetirməkdən faktiki olaraq imtina edib.
Eyni zamanda Məhəmməd İmanov vəzifəsindən və anlaşdığı quruma arxayınçılıqdan istifadə dərək və komitə sədrinin xeyir duası ilə ölkənin müxtəlif yerlərində obyektlər almağa və paytaxtdakı bir çox boş əraziləri ələ keçirməyə başlayıb.
Mənbəmiz qeyd edir ki, Məhəmməd İmanovun çox yaxın qohumları hərbi xidməti məhz MTN hərbi hissələrində keçriiblər. Həmçinin bir neçə qohmu da məhz onun köməkliyi ilə adıçəkilən nazirliyin rayon şöbələrinə işə düzəlib. Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun çoxlu sayda mal-mülkü, fabriki, zavodu, obyektləri, villaları, Türkiyədə, Avropa ölkələrində evləri, və sair varidatı var. Xidmət rəisinin Quba rayonun Qəçrəş kəndində tikdirdiyi villa heç də Eldar Mahmudovun Badamdar qəsəbəsindəki sarayından geri qalmır.
Mənbə Məhəmməd İmanovun ümumilikdə 100 milyon manata yaxın mal-mülkünün olduğunu iddia edir. Bildirək ki, Xidmət rəsinin bütün mal-mülkü obyektləriilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə Məhəmməd İmanovun nələrə sahib olduğunu oxucularımız biləcək. (azfakt.com)