Burada əskərləri qul kimi işlədirlər -Müdafiə Nazirliyi araşdırmaya başlayıb FOTO/VİDEO

29-10-2015, 21:39           
Burada əskərləri qul kimi işlədirlər -Müdafiə Nazirliyi araşdırmaya başlayıb FOTO/VİDEO
2 gün öncə saytımızda Müdafiə Nazirliyinin baş qərargah rəisi Nəcməddin Sadıqovun ən yaxın adamlarından hesab olunan Koordinasiya İdarəsinin rəisi, polkovnik Elxan Məcidova məxsus olduğu iddia edilən və Şüvəlanda bir hektar ərazidə inşa edilən dəyəri milyonlarla ölçülən bağ evinin tikintisində hərbiçilərdən istifadə olunması barədə xəbər yayımlamışdıq.

Xəbər yayımlandıqdan sonra Müdafiə Nazirliyi həmin foto və video materialları istəməsi ilə həmin materialları nazirliyə təqdim etmişdik. Əldə etdiyimiz məlumata görə, sözü gedən məsələ ilə bağlı nazirlik araşdırmaya başlayıb.

Qeyd edək ki, mənbənin göndərdiyi fotolarda və videoda bağ evində işləyənlərin hamısı hərbi geyimdə olduqları və söhbət əsnasında hansı hərbi hissədə xidmət keçdikləri, nə qədər xidmət etdikləri deyirlər.mia.az

Həmin foto və video materialları sizlərə təqdim edirik:




















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.