Avtomobil qaçırmaq istəyən ayının GÖRÜNTÜLƏRİ

1-12-2019, 11:33           
Avtomobil qaçırmaq istəyən ayının GÖRÜNTÜLƏRİ
Görüntülər “Facebook” sosial şəbəkəsində yayımlanıb
Kaliforniyada ailə gözlənilməz hadisənin şahidi olub. Avtosfer.az xəbər verir ki, maraqlı insident Taxo gölünün ətrafında yerləşən evlərin birinin ərazisində baş verib.

Belə ki, ayı həyətyanı sahədə park edilmiş avtomobilə yaxınlaşıb və arxa pəncələrinin üzərində dayanaraq qapını açaraq salona daxil olub. Görüntülər “Facebook” sosial şəbəkəsində yayımlanıb.

Yırtıcı salona daxil olduqdan sonra qapı çırpılaraq kilidlənib. Bundan sonra ailə üzvlərində biri heyvanın avtomobildən çıxması üçün qapını açıq qoyub. O, ehtiyatla qapını açdıqdan sonra ayı salondan düşərək oradan uzaqlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.