Qalmaqallı mətbuat katibi tok-şousu ilə ekranlara qayıtdı

20-03-2023, 10:44           
Qalmaqallı mətbuat katibi tok-şousu ilə ekranlara qayıtdı
Ağ Evin keçmiş mətbuat katibi Cen Psaki MSNBC kanalında öz siyasi tok-şousu ilə debüt edib.

O, Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri Hakim Cefris, Miçiqan qubernatoru Qrethen Uitmer və Nyu-York meri Erik Adamsı canlı yayıma dəvət edib. Sonuncu ilə Psaki şəhər metrosunda da söhbətləşib.

Xatırladaq ki, Psaki Ağ Evin mətbuat katibi postunu 2022-ci ilin mayında tərk edib. Onun çıxışları çoxsaylı yanlışlıqlarla yadda qalıb. Belə ki, bir dəfə Psaki NATO-nun baş katibi Yens Stoltenberqi BMT-nin baş katibi, ABŞ dövlət katibi Entoni Blinkeni isə ölkə prezidenti adlandırıb. Bundan əlavə, o, Tokio Yay Olimpiya Oyunlarını Pekin Qış Oyunları ilə qarışdırıb.
Mənbə: life.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.