Peskov: “Rusiya-Türkiyə birgə layihələrinin yüksək dinamikasının davam edəcəyinə ümid edirik”

30-05-2023, 09:37           
Peskov: “Rusiya-Türkiyə birgə layihələrinin yüksək dinamikasının davam edəcəyinə ümid edirik”
“Kreml Rusiya-Türkiyə layihələrinin, o cümlədən enerji layihələrinin yüksək realizasiya dinamikasının Türkiyədəki seçkilərdən sonra da davam edəcəyinə ümid edir”.

Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Rusiya-Türkiyə birgə layihələrinin həyata keçirilməsində artıq kifayət qədər yüksək dinamika əldə edilib. Təbii ki, biz bu dinamikanın davam edəcəyinə ümid edirik, çünki qarşıya həqiqətən kifayət qədər iddialı məqsədlər qoyulub”, - deyə Peskov qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.