“Dünya Göz Azərbaycan“ 215.4-cü maddəni pozdu – Məhkəmə nə qərar verəcək?

1-06-2023, 23:00           
“Dünya Göz Azərbaycan“ 215.4-cü maddəni pozdu –
“Dünya Göz Azərbaycan“ 215.4-cü maddəni pozdu – Məhkəmə nə qərar verəcək?
Tanınmış “Dünya Göz Azərbaycan” Məhdud Məsuliyətli Cəmiyyəti qanunvericiliyi pozduğu üçün cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində tərtib olunan protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinir. Klinikada sertifikasiyadan keçməyən şəxslərin əczaçılıq fəaliyyətinə icazə verilib.

14.06.2023-cü il tarixində hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək məhkəmə işində iddia təmin olunarsa, “Dünya Göz Azərbaycan” 8 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, Dünyagöz Xəstəxanalar qrupunun qanuni təmsilçisi Adem Esgündür.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.