İranda son bir ayda azı 142 nəfər edam edilib - FOTO
2-06-2023, 10:19
Ötən ay İran həbsxanalarında azı 142 nəfər dar ağacından asılıb.
Bu barədə “Azad İran” “ Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadla xəbər verib.
Bildirilir ki, bu, 2015-ci ildən bəri ən yüksək aylıq edam statistikasıdır. Təşkilatın verdiyi məlumata əsasən, 2023-cü ilin ilk 5 ayında edamların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.