Bulvarda scooter sürmək qadağan edildi – Polis reydlərə başladı, cərimə olunacaqlar
3-06-2023, 00:02
İyulun1-dən başlayaraq Bakı Dənizkənarı Milli Parkda scooter icarəsi illə məşğul olan mobil tətbiqlərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
“AzPolitika.info”ya daxil olan məlumata görə, bu barədə sözügedən fəaliyyətlə məşğul olan şirkətlərə bildirişlər göndərilib. Dünən axşam saatlarından etibarən polis əməkdaşları bulvarda scooter sürən gəncələrə qarşı reydlərə başlayıb.
Reydlərdə iştrak edən polis əməkdaşı “AzPolitika.info”nun əməkdaşına bildirib ki, scooter sürənlər bulvarda istirahət edən vətəndaşların həyatına təhlükə yaradır. “Bir neçə gün əvvəl balaca bir uşağı vuraraq ağır xəsarət yetiriblər. Göstəriş gəlib, bundan sonra icazə verilməyəcək. Biz saxladığımız şəxslərə 40 manat cərimə olunacaqları haqqında xəbərdarlıq edirik”.
Qeyd edək ki, bulvarda olduqca sürətlə hərkət edən gənclər milli parkda istirtahət edən vətəndaşlara ciddi problemlər yaradırlar. Son zamanlar scooter sürənlərin sayının kəskin artması uşaqların, yaşlıların həyatı üçün təhlükə mənbəyinə çevrilib. Bundan başqa bulvarın döşəməsi də scooterlər tərəfindən sıradan çıxarılır, artıq bir çox hissələrdə metlaxlar sınıb.