İsraildə atışma: Ölənlər var

9-06-2023, 08:48           
İsraildə atışma: Ölənlər var
Cümə axşamı İsrailin şimalındakı Nazaret şəhəri yaxınlığında baş verən atışma nəticəsində azı 5 nəfər həlak olub.

Məlumata görə, daha bir nəfər xəsarət alıb. Hücum ərəblərin Yafia kəndində baş verib. Hadisənin səbəbləri və hücum edənin kimliyi barədə məlumat verilmir.

Bildirilir ki, bir müddət əvvəl İsrailin Kafr Kana kəndində də atışma baş verib. Nəticədə üç yaşlı qız və 30 yaşlı kişi ağır yaralanıb. Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib.
Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.