Budanov ağır yaralıdır, ABŞ onu Berlinə aparıb...?

16-06-2023, 09:10           
Budanov ağır yaralıdır, ABŞ onu Berlinə aparıb...?
Ukrayna Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Kiyevdə Rusiya ordusunun Ukrayna Baş Kəşfiyyat İdarəsinin qərargahına raket zərbəsi endirməsi zamanı yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Budanov mayın 29-da yaralanıb, dağıntılar altından çıxarılaraq müalicə üçün Berlinə göndərilib.

“O, ABŞ Hərbi Hava Qüvvələrinin xüsusi təyyarəsi ilə Polşa ərazisindən keçməklə Almaniyaya aparılıb və hazırda Berlindəki Bundesver xəstəxanasında müalicə olunur. İlkin məlumatlara görə, vəziyyəti ağırdır”, - mənbə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.