Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirildi

16-06-2023, 14:57           
Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirildi
Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun keçirildiyi “Ekspoforum” ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb. Polis əməkdaşları forum iştirakçılarının nəqliyyat vasitələrinə, sənəd və şəxsi əşyalarına baxış keçirir. Şəxsi əşyaların yoxlanılması üçün xidməti itlərdən də istifadə edilir.

Məlumata görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 14-dən keçirilsə də, əvvəlki günlərdə təhlükəsizlik tədbirləri bu dərəcədə sərt olmayıb.

Qeyd edək ki, bu gün forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putin BƏƏ-li həmkarı Məhəmməd bin Zayed Al Nahyan ilə görüş keçirəcək. Belə ki, BƏƏ Prezidenti forumda əsas qonaq qismində iştirak edir. Tədbir iyunun 17-nə qədər davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.