Baş aşpaz rolunda: Dubayda süni-intellekt RESTORAN MÜDİRİ olacaq VİDEO

Bu gün, 12:44           
Baş aşpaz rolunda:
Sentyabr ayında Dubayın mərkəzində "Woohoo" adlı yeni restoran açılacaq. Bu məkan özünü "gələcəyin restoranı" kimi təqdim edir. Burc Xəlifə göydələninin iki addımlığında yerləşən restoranda yeməkləri insanlar bişirsə də, menyunun tərtibi və ümumi atmosferin qurulması süni intellektə - "Aiman" adlı dil modelinə həvalə olunub.

Bu barədə "Reuters" xəbər yayıb.

Qeyd olunub ki, "Aiman" sözü "AI" (süni intellekt) və "man" (insan) sözlərinin birləşməsindən yaranıb.

"Woohoo"nun təsisçilərinin sözlərinə görə, "Aiman" onilliklərlə ərzaq tədqiqatları, molekulyar tərkib məlumatları və dünyanın müxtəlif mətbəxlərinə aid minlərlə resept əsasında öyrədilib.

"Baxmayaraq ki, "Aiman" şef-aşpazlar kimi yeməklərin dadını və qoxusunu hiss edə bilmir, o, mətbəxi məsələn, məhsulun teksturası və turşuluğu kimi komponentlərə ayırır və bunları qeyri-adi dad kombinasiyalarında birləşdirir. Bu kompozisiyaları isə sonradan insanlar tamamlayır", - deyə layihənin müəllifləri bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.