Zaqatalal sahibkar Prezidentə müraciət etdi:" Biz nə vaxta qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə departamentinin keçmiş rəisi ....."

6-03-2018, 15:11           

teref.az-nun poçtuna gələn şikayət məktubu il\ə oxucularımızıl tanış edirik. Zaqatalalı sahibkar prezidentə və hüquq mühafizə orqanlarına ünvanladığı mıəktubun bir nüsxəsini teref.az-ya gömndərib. Şikaəytçi yazır:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova

Surəti: Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubova

Surəti: Zaqatala rayon Prokuroru Əli Abdullayevə

Azərbaycan Respublikası Zaqatala rayonunda fəaliyyət göstərən “Ləzzət” MMC-nin kollektivi tərəfindən

ŞİKAYƏT

Hörmətli Prezident, xalqımızın qeyrətli oğlu cənab İlham Əliyev!

Sizə qarşıdakı prezident seçkilərində bir Allahdan uğurlar diləyirik. Sizin çox qiymətli vaxtınızı aldığımız üçün dönə-dönə üzr istəyirik. Biz Azərbaycan vətəndaşıyıq. Azərbaycanda ilk koorperativ hərəkatına qoşulanlardanıq.

Hörmətli cənab Prezident!

Biz Sizin televiziyadakı çıxışlarınızı müntəzəm izləyirik. Siz sahibkarların inkişafı üçün verdiyiniz sərəncamları böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Sizin çıxışlarınızdan ruhlanaraq daha fəal olmağa çalışırıq. Ancaq Siz xalqa, dövlətimizə xidmət göstərmək üçün seçim etdiyiniz, etibar edib təyin etdiyiniz sonradan şərəfsizlik yolu seçən, vəzifədən sui istifadə edən, sahibkarlara meydan oxuyan misli görünməmiş rüşvətxor məmurlar ölkəmizi gec-tez uçuruma aparacaqdır. Artıq çox təəssüflər olsun ki, bizim həyat fəaliyyətimizi rüşvət vermədiyimizə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Departamenti və Zaqatala rayon Meşə idarəsi cəhənnəmə döndərmişlər. 15 ildir şəxsən Sizin ünvanınıza 5 (beş) dəfə, aidiyyatı üzrə dövlət orqanlarına dəfələrlə müraciət etmişik. Nə fayda... Bir məktubun cavabını bu günə kimi almamışıq. 15 il öncə birinci dəfə Sizə ünvanlanan şikayət məktubu Sizə çatmaz deyə “Bakı xəbərləri” qəzetində olduğu kimi dərc olundu. Qəzetdə baş vermiş cinayəti açıqladıq. Gözlədik ki, bizim harayımıza dövlətimiz tərəfindən gələn olar. Yazdıqlarımızı yoxlayarlar. Həqiqət öz yerini tapar. Çox təəssüflər olsun ki, Zaqatala rayonunda bir maşın odunu 250-300 manat qiymət təməlini qoyan (15 ildir ki, bu qiymətlə odun satılır, bu mənisənənlər xalqın və dövlətin əmlakı deyilmi?) əvvəllər meşə departamentinin sədri, indi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini vəzifəsində işləyən Rövşən Cəlilov Prezidentə yazdığımız məktuba cavab olaraq Zaqatala rayonunda tanınan xeyriyyəçi, tanınmış sahibkar Hacıbəy Zaqatalskiyə 6 (altı) ay icbari iş kəsdirdi. Guya bizim və Hacıbəy Zaqatalskinin yazdıqları böhtandır. Zaqatala rayonunun hakimi bizə şəxsən Hacıbəy Zaqatalskiyə məsləhət gördü ki, “dovşan həmişə canavarla dostluq edib. Sən də həyatda elə yaşamağa çalış.”

Hörmətli cənab Prezident!

Hacıbəy Zaqatalskinin sözlərini Sizə olduğu kimi yazırıq. “Mənim 70 yaşım bitmək üzrədir. Bu yaşa kimi yalan danışmamışam, yalan, qorxaq, bacarıqsız və ağılsız adamın silahıdır. Bilərəkdən nə vaxt palçığa düşürsə oradan çıxmaq üçün yalan danışır. Mən onlardan deyiləm. Mənim kim olduğumu, nəyə qadir olduğumu dünyanın bir çox yerlərində, xüsusən Zaqatala rayonunda bilirlər və gördüyüm işlər göz qabağındadır. Mən bu dünyada ad qazanmışam. Əməlimə görə İnsanda o dünyanı qazanır bu dünyadakı əməlinə görə. Heçnəyi araşdırmadan bir şirkətin əmlakına başqa bir şirkətin əmlakıdır deyə rüşvət alıb qərar vermək Azərbaycan hakiminə yaraşarmı? Rüşvət almaq üçün yalandan istintaqı saxtalaşdıran polis təhqiqatçıları cinayətkar kürsüsünə əyləşəcəklərmi? Yoxsa belə gəlib, belə də gedəcəkmi? Prezidentin sərəncamları dediyi sözlər hamıya aid deyilmi? Mən 15 ildir dövlətimizdən kömək gözləyirəm. Olmazmı Azərbaycan dövlətində mənim yazdıqlarıma cavab versinlər yaxud mənə Azərbaycan dövləti adından ömürlük həbs verilsin. Mən bilmirəm hara mürəciət edim?

Hörmətli cənab Prezident!

25.07.2017-ci il tarixdə Zaqatala rayon polis şöbəsinə şikayət etdik. Bildirdik ki, Zaqatala rayonunda 30 ildir fəaliyyət göstərən, dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq turizm sərgilərində öz stendi ilə ölkəmizi təmsil edən, ölkəmizdə xeyriyyəçi şirkət kimi tanınan çox çətin şəraitdə yaşayan Car kənd camaatına iş yeri açan, “Ləzzət” Turizm İstirahət zonasının Qəbizdərə kəndindən 3 km aralıda yerləşən, dağlarla tam əhatə olunan “Şəlalə” istirahət zonasında əkilən kivi ağaclarının talvarının əllilik ölçüdə 185 (yüz səksən beş) 2,5 metr uzunluğunda dəmir borular oğurlanmışdır. Şübhələndiyimiz şəxs oranın meşəbəyi Ramazan Məmmədovdur. Çünki Qəbizdərə kəndində onun haqqında məqsədə uyğun söz-söhbət gəzir. Hacıbəy Zaqatalski baş vermiş hadisəni meşəbəyi Ramazandan soruşmaq üçün onun meşədə tikdirdiyi yeməkxanaya getdikdə Ramazan oradan Hacıbəyi qovmuşdur. Bildirmişdir ki, “Hacıbəy sənin burada daha işin yoxdur. “Şəlalə” istirahət zonasına ayaq basa bilməzsən. Mənə Zaqatala Meşə idarəsindən belə tapşırıblar.”

2009-cu ildə “Şəlalə” istirahət zonasından qanunsuz Şəki appelyasiya məhkəməsinin qərarı ilə məhkəmə icraçıları və Zaqatala meşə idarəsi işçiləri birgə saxta aktla hər şeyi talan edib aparmışlar. Saxta akt tərtib olunanda “Ləzzət” İstirahət zonasından heç kim dəvət olunmamışdır. Hətta qarovulçu Rəşid Ramazanovu meşəbəyi Ramazan Məmmədov “Şəlalə” istirahət zonasından qovmuşdu. Demişdi ki: “Bura daha mənimdi, sənin burda işin yoxdur!” Qarovulçu Rəşiddə “Şəlalə” istirahət zonasının kottejlərin içində turistlər üçün hər cür əşyalar olan yataq dəstləri və mebel olan otaqları tərk edib gedib. Zaqatala meşə idarəsinin içiləri meşəbəyi Ramazan və məhkəmə icraçıları Azərbaycan Dövlət Reestr Xidmətindən verilən kupçası olan 4 (dörd) il Zaqatala meşə idarəsinə icarə haqqı ödənən, külli miqdarda koorperativ vəsaiti ilə “Aqroprombank” xətti ilə köçürməsi olan alqı-satqı müqaviləsi ilə Azərbaycan SSRİ Turizm sovetindən alınan “Şəlalə” istirahət zonasından əvvəlcə hər şeyi daşıdıqdan sonra qalan bir neçə əşyanı akt tərtib edib meşə idarəsinə apardıqları aktda göstərmişlər. Guya “Şəlalə” istirahət zonası yiyəsi olmayan bir müəssisədir.

Hörmətli cənab Prezident!

Keçmiş Sovet məkanında tanınan “Şəlalə” istirahət Turbazasında bir neçə əşyalarla turist qəbul etmək olarmı? Bu vəhşilik deyilmi, cinayət deyilmi? Şəki Appelyasiya məhkəməsi ilk dəfə qərar çıxaranda “Şəlalə” istirahət zonasında böyük tərkibdə komissiya yaradaraq baxış keçirib akt tərtib etmiş, sonra meşə departementinin ağıllı hüquqşünası Malik Rzayev tərəfindən qaldırılan qondarma iddianı ləğv etmişdir. Sonradan hüquqşünas Malik Rzayev Rövşən Cəlilovun arzusuna çatmaq üçün yenidən Ali məhkəmədən Şəki Appelyasiya məhkəməsinə iddianı geri qaytarmışdır. R.Cəlilov dövlət məmuru, əsassız sahibkara müharibə elan edib. Şəki Appelyasiya məhkəməsinin hakimi R.Cəlilovun sifarişi ilə heç bir aidiyyatı olmayan “Marağa” şəxsi kəndli-fermer təsərrüfatına qarşı qərar çıxardıb. Guya “Marağa” şəxsi kəndli-fermer təsərrüfatı meşə ərazisini zəbt edib. Halbuki “Şəlalə” istirahət zonası dövlət reestrindən alınan kupçası olan “Ləzzət” istirahət zonasının əmlakıdır. Onun şəxsi mülkiyyətidir. Hakim R.Cəlilovun vədindən ruhlanaraq belə qərar çıxarması gülməli deyilmi? Qərarda nəyə əsaslandığı yoxdur. Ancaq “zəbt edibdir” sözü yazılıb. “Şəlalə” istirahət zonası əvvəllər SSRİ Geologiya kəşfiyyat bazası olub. Sonra Azərbaycan SSRİ-də Sovet turizminin turbazası olub. Sonradan gəlir gətirməyən müəssisə kimi Sovet turizmi “Ləzzət” ictimai iaşə koorperativinə külli miqdarda koorperativin vəsaiti hesabına satmışdır. Şəki appelyasiya məhkəməsinin hakimi böhtanla “Marağa” şəxsi kəndli-fermer təsərrüfatı “zəbt edib” deyə qərar çıxarmışdır. Bu qərarla “Ləzzət” İstirahət zonasına maddi və mənəvi ziyan vurmuşdur. Bu ziyanı kim “Ləzzət” MMC-yə qaytara bilər? Azərbaycan Respublikasının qanunlarında o hakimi bağışlanmasına aid maddə yoxdur. Belə hökm çıxaran hakimin dövlətimizdə hakim işləməsinə yol verilməzdir. Keçmiş meşə departamentinin rəisi Rövşən Cəlilovdan sifariş alan Şəki Appelyasiya məhkəməsinin sədri deməli tələsiyə düşüb. Digər tərəfdən təcrübəli məhkəmə icraçısı məhkəmə qərarını “Şəlalə” İstirahət zonasında icraata başlamamışdan əvvəl hər şeyi araşdırmalı deyildimi? Azərbaycan Respublikasının Konstitusiya məcəlləsində icraçıların icrasına görə xüsusi maddə vardır. Bu gün “Şəlalə” istirahət zonasına Şəki Appelyasiya məhkəməsinin çıxardığı qərar hüquqi qüvvəyə minən qərar kimi tanınır. İcraçı qərarı tam araşdırmadan pul gözlərini tutduğu üçün “Şəlalə” istirahət zonasının “Ləzzət”in ya da “Mağara”nın olmasını bilməyiblər.

Hörmətli cənab Prezident!

25 iyul 2017-ci ildə yazdığımız şikayət məktubu Zaqatala rayon polis idarəsinin təhqiqat bölməsinə verilir. İcraatı isə Teymurov Elçinə tapşırılır. Rəhbərliyi isə Şöhrət Əhmədov aparır. Teymurov Elçin Taryel oğlu 1 dəfə Hacıbəy Zaqatalskini şöbəyə çağırıb izahat alır. Bir daha Hacıbəy polis şöbəsinə çağırılmır. Ancaq bölmə rəisi Şöhrət Əhmədov tez-tez 31.07.2017-ci il tarixdən 14.02.2018-ci il tarixə kimi “Ləzzət” istirahət zonasının restoranına gəlir. Təhqiqata başlanıb 7 gündən sonra Ş.Əhmədov Hacıbəydən xahiş edir ki, yazdığızınız məktubda göstərilən 158 ədəd borunu mənə bağışlayın. Çünki o borular yerli dibli yoxdur. Hacıbəy bildirir ki, yoxdursa axtarın. Ş.Əhmədov isə kivi talvarı altındakı borulardan söhbət açmır. Hacıbəy isə 158 ədəd bounu meşə işçiləri və məhkəmə icraçıları ilə 2008-ci ildə özlərinin qondarma aktında sayıb yazıblar. Deməli tədqiqat oğurluqdan başlayır. Sonra Ş.Əhmədov deyir: Hacıbəy siz bilirsiz mənə nə vəd etmirlər ki, işi rədd etmək üçün... Hacıbəy bildirir: Mən şikayət ərizəsində şəlalə istirahət zonasında olan oğurluğu göstərmişəm. Mənim şikayət etməyimə səbəb 1 həftə əvvəl “Şəlalə” istirahət zonasından kivi talvarı altından oğurlanan borulara görədir. Bu sırf oğurluqdur. Bu mülki iş deyil. Siz öyrənibsiz arada bir haqq hesab yoxdursa, işi gah prokurorluğa gah da məhkəməyə yönəldəsiz. Əgər siz yazdığımız şikayətə baxmaq istəmirsizsə, indidən rədd edin. Sonra qondarma qərarla ləğv etmək lazım deyil. Bu nə tədqiqatdır? Siz cinayətkarları cəzalandırmasaz mən bu işdən əl çəkən deyiləm. Bir neçə həftə öncə Zaqatala meşə idarəsinin direktoru Həbib müəllim “Ləzzət” istirahət zonasının “Şəlalə”

istirahət zonasına görə müqavilə bağlamaq üçün “Şəlalə” istirahət zonasında olub. Oranın bu günkü vəziyyəti barədə baxış keçirib şəkillər çəkib. Hətta Həbib müəllimin kola ilişib təzə şalvarı da cırılıb. Həmin vaxt kivi talvarı atındakı borular və 2 ədəd paslanmayan dəmirdən hazırlanmış su çəni yerində olub. Zaqatala meşə idarəsi ilə “Ləzzət” MMC-nin arasında “Şəlalə” istirahət zonasına görə 10 illik müqavilə bağlanmışdır. Mən sizə dedim birlikdə baxış keçirək, siz istəmədiz. İndi siz deyirsiz 158 borunu mənə bağışlayın. Siz tədqiqatı beləmi aparırsız? Kivi boruları hardadır, xəbəriniz yoxdur. O barədə axtarış aparmaq istəmirsiz. Sizin tədqiqatçı Elçin müəllim hardadır? Ş.Əhmədov bildirdi ki, sənin onunla nə işin var? O, mən deyəni yazandır. Daha sonra Ş.Əhmədov “Ləzzət” yeməkxanasına hər 15 gündən bir gəlməyə başladı. Hacıbəy hər dəfə Ş.Əhmədov gələndə təmənnasız hörmət göstəribdi. Hacıbəy hər dəfə Ş.Əhmədovdan soruşurdu: Təhqiqat necə gedir? O, isə cavabında Hacıbəyin sözlərinə məhəl qoymadan ancaq deyirdi: Nə ləzzətli kətədir. Hacıbəy ondan tədqiqat barədə soruşur o isə yenə cavab verir nə ləzzətli kətədir. Hacıbəy bir dəfə Ş.Əhmədovdan soruşur: bu bizim şikayət nə uzun tədqiqatdır soruşanda Ş.Əhmədov bildirdi ki, bir gün gələcəm arxayın söhbət edərik. Bu ilin yanvar ayının bir günü Hacıbəy Prokuror Əli müəllimlə görüşür. Əli müəllim soruşur: Sizin o “Şəlalə” istirahət işi nə yerdədir? Hacıbəy isə cavabında Ş.Əhmədov bildirir ki, hələ iş gedir. Əli müəllim dedi: bu nə uzun çəkən iş oldu? Əli müəllim polisə tez zəng etdi. Polis tədqatının qərarı 26 avqust 2017-ci ildə verildiyini bildirdi. Əli müəllim polisə acıqlandı ki, niyə indiyə qədər zərərçəkənə qərarın surəti verilməyib? Sonrakı gün Ş.Əhmədov qərarı gətirib “Ləzzət” istirahət zonasına gəlir. Orada Namiq adında ofisianta qərarı verib getmək istəyir. Dünyagörüşü olan ofisiant Ş.Əhmədova deyir. Qərarın arxasına zəhmət olmasa ayın tarixi və imzanızı yazın deyir o isə qərarı ofisiantdan geri alır və hirslənərək çıxıb gedir. Hacıbəy Ş.Əhmədova və E.Teymurova zəng edir. E.Teymurov bildirir ki, mən kiçik adamam Şöhrət deyəni yazıram. Mən Şöhrət müəllimə çox demişəm. 2017-ci ilin sentyabr ayında qərarı göndərmək lazımdır. Şöhrət mənə dedi ki, Elçin sən bu işə qarışma, hər şeyi mənim üstümə at. Mən istədiyim qədər məktubu ona göndərməyi gecikdirəcəm. Hacıbəy Ş.Əhmədova zəng edib bildirir ki, siz qərarı niyə gətirmirsiz? Şöhrət bildirir ki, sən mənə göstəriş verəcəksən? Artıq çox vaxt keçib. Sən Hacıbəy heç yerə şikayət edə bilməzsən. Hacıbəy sonrakı gün polis rəisinin yanına gedir, o da Ş.Əhmədovu danlayır. Sonra Hacıbəyə qərarı verir. Hacıbəy polis rəisinin otağından çıxanda Ş.Əhmədov onun əlindən qərarı alır özündə olan qərarı isə ona verir. Ş.Əhmədov deyir bu qərar daha yaxşı yazılıb. Hacıbəy Şöhrətə deyir qərarın yaxşısı pisi olurmu? Hacıbəy söz güləşdirmədən polis şöbəsindən çıxır. Azərbaycan Respubliaksında kimsə kiminsə arxasında lura bilər. Bu o, da demək deyil ki, arxanda duran adama güvənib talançılıq edəsən. Zaqatala MM və BM-nin Qəbizdərə meşə gözətçisinin “LƏZZƏT” MMC-nin nnlakına və ərazisinə basqın etməsi , 10 ilə yaxın “Şəlalə “İstirahət Zonasını talan ‘tməsi cinayət əməli deyilmi ?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşə Deportamenti, Zaqatala MM və 3M-i buna görə məsuliyyət daşımırını ?

Hörmətli cənab Prezident!

Biz nə vaxta qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə departamentinin keçmiş rəisi R.Cəlilovun, Zaqatala Meşə idarəsinin və aidiyyatı üzrə dövlət orqanlarının oyuncağı olacağıq. “Ləzzət” istirahət zonası 31 ildir fəaliyyət göstərir. Rüşvətə görə sahibkarın başına 15 ildir oyun açırlar. Biz hara, kimə şikayət edək?

Xahiş edirik bizə kömək edəsiniz. Ümidimiz ancaq Sizədir. Ölkədə Prezident seçkiləri qabağı belə şikayət ərizəsi yazmaq istəməzdik. Üzü yaz fəslinə doğru gedir. Əlacımız yoxdur. Biz də Azərbaycan vətəndaşlarıyıq. Zəhmətkeş insanlarıq. Bizə etdiyiniz kömək Allah qarşısında itməz.

Hörmətlə: “Ləzzət” MMC-nin kollektivi
teref.az olaarq şikayətdə adı çəkilən malik çüəllimlə əlaqə saxladıq və onun bu şikayətlə bağlı fikrini öyrədik.Malik müəllim dedi:
- Bu şikaəytdən xəbərimiz var.Yazılanlar hamısı böhtandır. Şikayətçi bir dəfə buna görə 6 ay həbs olunub. (şikayətçi özüdə 6 alıq həbs olunduğunu yazır. T.İ) Biz hər işi qanuin çərçivəsində görürük.

Zaqatalal sahibkar Prezidentə müraciət etdi:" Biz nə vaxta qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə departamentinin keçmiş rəisi ....."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.