"Sabina" mağazalrında qanunlar işləmir: "Özümüz bilərik, çıxardmırıq!" FOTO

8-03-2018, 00:17           
"Sabina" mağazalrında qanunlar işləmir: "Özümüz bilərik, çıxardmırıq!" FOTO
teref.az olaraq bildirmək istəıyirik ki, sabah 8 mart qadınlr bayramıdır.Bu bayrama təbii olaraq hamı imkanları dərəcəsində hazırlaşır və xüsusən də kişilər resurslarını cəmləşdirərək, evdə olan xanımlarını sevindirmək istəyirlər. Əslində buna Bakıda yerləşən parfüm mağazaları onlara kömək etməlidirlər.
Belə baxanda elə bilərsiniz ki,onalr doğrudanda kömək etmək istəyirlər. Qıraqdan baxanda görürsən ki, mağazaların vitrin şüşələrini 40-50-70 faizlik endirim olduğu barədə çağırışlar bürüyüb. Lakin bu qıraqdan baxanda və ilk görünüşdə belədir. Əslində isə ...
Bakının Şərifzadə küçəsində yerləşən " Sabina" parfümeriya mağzasına yolumuzu saldıq. Orda 40-50 faizlik endirim adı altında qoyulmuş parfümlər əıslində 4-5 ay bunadan əvvəl olan qiymətə qoyulub. Bunu satıcı qıza deyəndə o susub qırağa çəkildi. Lakin bunlar əsas olan deyil. Hətta bu parfümlərin Cin və ya Pakistan, hətta Bakıda doldurulan saxta ətirlər olduğunu deyən bəzi ağzıgöyçəklərin sözləridə bizə lazım deyil. (Əslində ətoirl\rin qablaşdıram standartları elə buna dəlalət edirdi) Biz mağazada bizə 70 faizlik endirim olan parfümlərin göstərilməsini istəyəndə, onalr sadəcə "yoxdur" dedilər. Diqqətinizə çatdırım ki, bütün bunlar martın 7-də yəni qadınalrın bayramına 1 gün qalmış baş verir.
Təbii olaraq bizdə başa düşürük ki, bayram qabağı hamı parfüm mağazalarına hücüm çəkir, və kütləvi surətdə hədiyyələr alınır.
Lakin teref.az-nun əmıjkdaşının orda olduğu 35 dəqiqə ərzində mağazaya cəmii 1 nəfər girmişdi! teref.az-nun əməkdaşı mağazanın müdüründən niyə yalançı reklamdan istifadə etdiklərini soruşduqda, o əvvəl çaşdı, sonra isə onun dediyinə görə, onlarda 70 faizlik endirimli mallar olub, lakin qurtartıb.
Əmıkdaşıəmız müdürlə razılaşaraq növbətiu sualını verir:
- Onda bu reklamı siz deaktiv etməlisiniz.Yəni çıxardmalısınız ki, sadə vətəndaşlar sizin bu reklamınıza aldanaraq mağazaya girməsinlər.
Müdürün əmıkdaşımıza verdiyi cavab çox qəribə oldu:
-Çıxardmırıq!
- Lakin müəllim axı Azərbaycan qanunvericiliyinə görə əgər sizdə bu endirimli mal yoxdursa, siz belə endirim olduğöu barədə rekalm qoyub vətəndaşları aldada bilmıəzsiniz!!
Müdür:
- Özümüz bilərik, çıxardmırıq!
Bu isə o deməkdir ki, bu reklam əvvəldən yalançı olub .Yənii " Sabina" parfümeriya mağazasında 70 fazilik endirim deyilən bir şey olmayıb, bu sadəcə müştəriləri aldatmaq üçün oynanılan oyundur və bunun bədəlini biz sadə Bakı şəhəri vətəndaşları cibimizlə ödəyirik.
Əslində çıxanda bir işçinin dediyi söz və knayəli gülüşü çox gizli məqamlardan xəbər verir,
- Bizə heç nə edə biıməzsiniz, bilsəz kimin yeridir bura!!
Mən teref.az olaraq bir şeyi demək istəyirəm, bəylər və xanımlar, bu gün Azərbaycanda Prezidentdən böyük heç kim yoxdur və o deyir ki, biz xalqın xidmətçiləriyik, siz kimsibiz ki, o xalqı aldadasınız və kimin sə arxanızda durması ilə bizə göz dağı verəsiniz!!
teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.