Arxasından MTN izi və generalın qudası çıxan klinika çalxalanır - Təfərrüat

23-05-2018, 03:16           
Arxasından MTN izi və generalın qudası çıxan klinika çalxalanır - Təfərrüat
Bakıda qalmaqallı, arxasında məmur izi və MTN-lə bağlı bir dosyesi olan “Grand Hospital” çalxalanır

FİA.Az-ın media üzərindən xəbərinə görə, bir müddət əvvəl ardıcıl ölüm faktları qeydə alınan klinikada kütləvi ixtisar olub.

Buna səbəb klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşının gətirilməsidir. Yalçın əfəndi gələr-gəlməz klinikanı silah kimi söküb yığmağa başlayıb.

Həkimlər əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiyini açıqlayıb.

Onların yerinə Türkiyədən həkim gətirdiklərini bildiriblər. Türkiyədən Bakıya gətirilən həkim dəstəsinin Səhiyyə Nazirliyindən heç bir rəsmi icazəsi yoxdur.

Sadəcə olaraq onlar Bakıda oturum vizası alıblar. Onlar Türkiyədə heç bir iş qabilliyyəti olmayan həkimlərdir.

Onları gətirərək birdən-birə Azərbaycandakı həkimlərə sanki “soyqırım” şəklində iş yerinizi dərhal tərk etməlisiz deyə göstəriş veriblər.

Baş həkim Şahin doktor, onun müavini Ələkbər doktor, reanimasiya şöbəsininin müdiri Rauf doktor, cərrah Seymur Musayev, uroloq Seymur Mehdiyev, travmatoloq Sənan Aşurov, LOR həkimi Pərviz Aslanov və Tələt Şəfiyev işdən azad olunublar.

Ümumlikdə 100-ə yaxın həkimi işsiz qoyaraq onlara gedin özünüzə başqa yerdə iş tapın deyə göstəriş verilib.

İşdən çıxarılan həkimlər iddia edirlər ki, “Grand Hospital”da ciddi şəkildə vergi yayınmaları mövcüddür.

İşdən qovulan həkimlər klinikanın həyatında çadır quracaqlarını deyirlər. Onlar iddia edirlər ki, bizə ən azı 1-2 ay vaxt verilməli idi ki, özümüzə yeni iş yeri tapaq.

FİA.Az media üzərindən xəbər verir ki, bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi.

MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Lakin bu klinikanın arxasından yeni bir ad çıxıb. Verilən məlumatda “Grand hospital” və “Avrasiya” klinikalarının əsas sahibinin Qulu Quliyev olduğu iddia edilir.

Məlumatlı şəxsin iddialarına görə, Q.Quliyev vaxtilə Xaçmaz “MERO”nun rəisi işləyib. Q.Quliyev indi klinikalara nəzarət edir.

Q.Quliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qudasıdır. Məlumatda bildirilir ki, Q.Quliyev ədliyyə naziri Fikrət Məmmədovla da qohumdur.

Belə bir imkanlara və əlaqələrə malik olan Q.Quliyevin klinikaları yüksək səviyyədə qorunur.

Ancaq efirdə tez-tez reklam olunan “Grand Hospital” həkimlərinin əlində ölən xəstələrin xəbəri pasientlərin klinikaya inamını sarsıdıb.

Dekabrın 19-da ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımovun ölümü barədə istintaq gedir.

Onu əməliyyat edən həkimin fəaliyyəti istintaq müddətində qadağan olunub. Onun əməliyyatdan sonra öldüyü bildirilib. Ondan 14 gün əvvəl də “Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi.

Gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva “Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü.

Beş gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi.

Mövzunu diqqətdə saxlayacağıq.

Bizi izləyin...
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.