Xızıda bələdiyyə sədri vətəndaşa kələk gəlib? 10.000 manatlıq QALMAQAL

6-06-2018, 00:20           

Vətəndaşın torpaq sahəsi Zülfüqarlı qardaşlarına satıldı

Xızı bələdiyyəsinin sədri Qasımov Xaliq Elman oğlu və keçmiş bələdiyyə sədri, ha-hazırda rayonda Mədəniyyət və Turizm Şöbəsinin müdiri Bağırov Mövsüm Vəliyəddin oğlu barəsində dosye.org-a şikayət məktubu daxil olub. Belə ki, Sumqayıt şəhər sakini Aşırov Nadir Qabil olunun mülkiyyətində olan 0.08 ha torpağı Zülfüqarlı qardaşlarına saxta sənətlərlə satılıb. Lakin göstərilən torpaq sahəsi Məmmədov Xəqani Valeh oğlu yaxın qohumu N. Aşirovun adına sənətləşdirmək məqsədi ilə bələdiyyə sədrinə 10. 000(min) manat pul verib. Və bundan sonra sənətləşməişləri üçün sədr hərəkətə keçir.

Fotolardanda aydın görünür ki, aktın doğruluğunu 3 şəxs imzalayır. Bələdiyyə sədri Xaliq Qasımov, Kadastr və Yerqurluşu Layihə- Tədqiqat Mərkəzinin 2 saylı Layihə- Tədqiqat idarəsinin mühəndisi Şahin Abbasov və mülkiyyətçi Nadir Abişovun birgə imzaladıqları akt vətorpaqa aid digər sənətlər maddi sübüt kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanacaq.

Dosye.org-a daxil olan digər məlumatlarda bildirilir ki, keçmiş bələdiyyə sədri Mövsüm Bağırov meşə zolağı deyilən əraziləri müəyyən vətəndaşlara satıb. Əlbətdə ki, bu barədə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndəriləcək. Onuda nəzərinizə çatdıraq ki, Mədəniyyət və Turizm Şöbəsinin müdiri M. Bağırov vəzifə səlahiyyətindən sui istifadə edərək vətəndaşların mülkiyyətində olan torpaq sahələrini imkanlı şəxslərə verir. Rayon sakinləri iddia edirlər ki, hazırda Xızı rayon Mərkəzi Parkı deyilən ərazi qalmayıb.

Mənbə əlavə edir ki, bələdiyyə sədri X. Qasımovun bu işdə “ağsaqqalı” Mövsüm müəllimdir. Onun xeyir-duasından sonra danışıqlar başlayır. Hətda qeyri-qanunu yolla komunikasiya xətlərin keçən əraziləridə bir qurup şəxslərə satılıb. Məlumatlarda o da vurğulanır ki, M. Bağırovun güvəndiyi ən yaxın şəxs Korrupsiyaya Qarşı Mübarizə İdarəsində çalışır. Məhz onun dəsdəyi bir çox məsələlərin bağlı qalmasına köməklik göstrərir.

Araşdırmalarımız tam yekunlaşmadığından həmən şəxs barədə məlumat vermək məqsədəuyğun deyil. Bir faktı nəzərinizə çatdıraq ki, Zükfüqarlı qardaşları bir müddət öncə PA rəhbəri akademik Ramiz Mehdiyevin oğlunun ünvanına təhqiramiz ifadələr səsləndirib. Səbəb isə keçlədə fəaliyyət göstərən zavaduun olduğu bildirilir. Bu istiqamətdədə araşdırmalarımız davam edir. Məlumat redaksiyaya daxil olarkən dərhal adı hallanan şəxslərlə telefon əlaqəsi yaratdıq.

Zənglərimizə cavab verən bələdiyyə sədri Xalıq Qasımov qarşı tərəfin iddialarını əsassız adlandırdı. Onun dediyinə görə bu işdə saxtakarlığı Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı edib. Çox istərdik ki, məsələnin araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və və Təbii Sərvətlər Nazirliyi hərəkətə keçsin. “Xəmirin” isə nə qədər su aparacağını zaman göstərəcək. Bizi izləməyi unutmayın...

teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.