Ağdaş təhsil şefinin oğlu təhqirə görə "günah keçisi" axtarışında - Qalmaqal

11-06-2018, 00:00           
Ağdaş təhsil şefinin oğlu təhqirə görə "günah keçisi" axtarışında - Qalmaqal
Ağdaş rayon təhsil şöbəsi direktoru Hürü Əliyevanın oğlu jurnalistə vatsapda yazdığı təhqirləri üzərindən atmaq üçün "günah keçisi" axtarışına çıxıb

FİA.Az xəbər verir ki, “Dilək” Tədris Akademiyasının rəhbəri olan Rəhman Cəfərli jurnalist Murad Musayevə yazdığı nalayiq sözləri ört-basdr etməyə çalışır.

O, ayrı-ayrı xəbər portallarına göndərdiyi bəyanatında vatsapdan kiminsə onun adından istifadə etdiyini bildirib.

Məlumatlara görə, təhsil şefinin oğlu özünü sığortalamaq üçün bu taktikanı seçib. R.Cəfərli "günah keçisi" taparaq məsuliyyəti onun üzərinə qoymağı planlaşdırır.

Guya vatsapına kimsə daxil olub və adından jurnalistə təhqirlər yazıb. İddialara görə, R.Cəfərli bir tanış taparaq yola gətirməyə can atır.

Ki, həmin şəxs onun vatsapından istifadə etdiyini etiraf eləsin və təhsil müdirinin oğlu xilas olsun.

Bununla da həm H.Əliyevaya, həm R.Cəfərliyə yönəlik "şimşəklər" başı üzərindən çəkilsin.

Ancaq ayaq açmamış körpə də bilir ki, vatsap proqramı hər kəsin şəxsi mobil telefonuna yüklənir və ondan başqasının istifadə etməsi mümkün deyil.

O halda mümkündür ki, ən yaxın adamına şəxsi telefonu həvalə edəsən və o da tanımadığı birinə sənin adından söyüşlər yazsın. Bu qədər absurd bir hal.

Odur ki, "saman çöpüyündən" yapışan H.Əliyevanın oğlu tədris mərkəzinin rəhbəri olsa da, heç də intellektual, elmi versiya tapa bilməyib.

Son günlərdə məktəb direktorlarının özbaşınalıqları, qudurğan hərəkətləri, mətbuata qarşı harınlamış, müştəbeh münasibəti belə deməyə əsas verir.

Sanki təhsil sektorunda bir anarxiya hökm sürür və M.Cabbarovdan sonra məktəb direktorları hamilərinə arxayınlaşıblar.

İnsafən, keçmiş təhsil nazirlərinin dövründə məktəb direktorları qudurğan hərəkətlərə yol vermirdilər. C.Bayramovdan isə belə çıxır ki, ya qorxmurlar, ya da onlara şərait yaradılıb.

Ritorik sualdır: övladına normal tərbiyə verməyən biri rayon təhsilinə necə nəzarət edə bilər?

Hansı şagirdə təhsildən-bilikdən danışa bilər? Həmin mesajlar saytlarda yayılıb və söyüş olan yerlərin üstün fon verilib.

Çünki təhsil şöbəsinə rəhbərlik edən şəxsin təhsil kursu işlədən oğlunun adi etikanı gözləmək qabiliyyəti yoxdur.

İndisə onun adından təhqir yazan "günahkar" axtarır. Bu isə onu vəziyyətdən çıxara bilməyəcək.

C.Bayramov belə kadrları niyə vəzifədə saxlayır? Nə üçün Ağdaşa gənc kadrlar təhsil müdiri qoyulmur?

Oğluna tərbiyə vermək, onun ayıbına kor olmaq yerinə H.Əliyeva onun müdafiəsinə qalxıb. Şagirdlərə, cəmiyyətə nümunə olmaq əvəzinə səviyyəsizlikləri ilə fərqlənirlər.

Amma bu məsələdə də Təhsil Nazirliyi susur, açıqlama vermir, tədbir görmür. Nazirliyin mətbuat xidməti Cəsarət Valehov isə özünü sözçü yox, susmaqçı kimi aparır.

FİA.Az xəbər verir ki, Ağdaş təhsil şöbəsi rəhbərinin oğlunun jurnalistə təhqir yazmasına səbəb ikincinin səsləndirdiyi ittihamlar olub.

M.Musayev qeyd edib ki, sınaq imtahanı üçün məktəblilərdən 3 manatdan yığırlar.

Ardınca əlavə edib ki, R.Cəfərli təhsil müdiri oğludur deyə onun kursuna daha çox şərait yaradılıb.

"Dilək" mərkəzinin rəhbəri yaydığı açıqlama söyləyib ki, M.Musayevin dedikləri tam qərəzli və böhtandır:

"Onun məqsədi rayon Təhsil Şöbəsinin müdiri işləyən anam Hürü Əliyeva haqqında mənfi fikir yaratmaqdır.

Rəhbərlik etdiyim “Dilək” Tədris Akademiyasının Hürü Əliyevaya heç bir aidiyyəti yoxdur. Bu akademiya özümə məxsus olan şəxsi MMC-dir və qanuni şəkildə işləyir.

Dövlətin vergisini verirəm. İşçilərlə qanunu şəkildə əmək müqaviləsi bağlamışam.

Murad Musayev deyir ki, guya akademiyada keçirilən sınaq imtahanlarına uşaqları məktəb direktorlarına təzyiq yoluyla cəlb edirik.

Bu akademiyamıza atılmış iftiradır. Ötən ayın 26-27-si akademiyamızda sınaq imtahanları keçirilib. Hər ay belə imtahanlar keçiririk.

Bu imtahanlar keçirilməmişdən əvvəl imtahan və tarixi haqda akademiyanın şəxsi instagram, sayt və feysbuk profili vasitəsi ilə reklamlar edirik.

Bizi seçən uşaqlara da sınaq imtahanlarımızı keçiririk. Dediyim kimi, imtahanlarda iştirak etmək könüllüdür. Hansı valideyn istəyirsə, bu imtahanlara bilet alır. Biletin qiyməti 3 manatdır".

Onun sözlərinə görə, Ağdaşda Nizami məktəbində minə yaxın şagird oxuyur: "Sonuncu sınaq imtahanında “Nizami” məktəbindən cəmi üç şagird iştirak edib.

Əgər Murad Musayevin dediyi kimi, sınaq imtahanlarına uşaqları təzyiq yoluyla yığsaydıq, onda üç yox, 500 şagird iştirak edərdi.

Ağdaşda 75-ə yaxın tam orta məktəb var. Sonuncu sınaq imtahanında cəmi 25 məktəbin şagirdləri iştirak edib.

Sonda qeyd edim ki, watsapp nömrəmdən Murad Musayevə qarşı təhqiredici ifadələri mən yazmamışam. Bunu müxtəlif yollarla telefonumdan istifadə edərək kimlərsə yazıb.

Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişəm. Hazırda rayon polis şöbəsində araşdırma aparılır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.