Qarabağ qazisindən acı və sərt sözlər- "Son zamanlar Qarabağ veteranlarının cəmiyyətdə şortu və sou caqqallarına döndərilmə faktı artıb."
29-03-2016, 17:07
teref.az olaraq Qarabağ qazisi Abuzər Əbilovun ürək ağrısı ilə yazdığı bu yazını sizə təqdim edirik:
Dərd dərd üstündən yüklənir.Nə 3 manat alıb bu gün axmaq və lazımsız aksiyalar kecirənlər, nə onların bu cür hədyan hərəkətlərinə rəvac verənlkər nə də taleyimizə tula bağlamış dövlət məmurları anlamırlar ki,insanlar artıq qüruba catmışlar. Qüruba isə ancaq onların doğiulub boya başa catdığları el obalarında baxmaq istəyirlər,Allaha da dirənsək,şeytana da,beynəlxalq qanunlara da sonda kücə razborkasına da-insanların həyati və qəbul olunan haqqıdır bu. Neyləməli? Bir qism deyir kücəyə cıxaq,aləmi dağıdaq,tələb edək və sonda qızışıb hər yerə od vuraq. Bu zaman isə Suriya variantı qacılmazdır. Dalımızı dağıtmağa həm daxili həm xarici düşmənlərimiz artıq zəncirdən acılıb və "fas" komandasını gözləyir. Başqa cürə daxilimizdəki hökumət məmurları nə özləri nə ailələri nə də vicdanları imkan vermir ki,millət ağ günə də cıxmasa da ,azacıq bir lampocka işığına cıxsın. Ölkə ah ,nalə icində,insanlar zombi şəklində,dər qubar ərşə dirəndi. Bunu hakim və hakimiyyət bilmirmi? Bəs nədən belə vəziyyətdən söz acanda hər zaman dolu restoranları,bahalı cib telefonlarını misal göstərirlər? Sadə bir şeyi anlamaq lazımdır. İnsanlar son günlərini yaşadıqlarını zənn edərək,axırıncı pullarını sərf edib.böyük məmurların tulaya sərf etdikləri məbləğdə özlərinə son şənliklər düzəltmək məcburiyyətində qalıb. Elə deyil? Baxaq inkişaf etmiş ölkələrə. Hec bir zaman oradakı insanlar cib telefonu ilə internetə girməz,onunla şəkil cəkdirməz,onda musiqiyə qulaq asmaz vəs. Cünki insanların bu vasitələr ücün sivil qurğuları var. Cəhənnəmə yola saldığımız rabitə nazirimiz XALQA söz vermişdi ki 2017 ci ildə Azərbaycanda kompyutersiz ailə qalmayacaq. Amma səhf etdi .2017 ci ildə xalq banklardan və artan qiymətlərdən salamat qalsa,ola bilsin ki yavan cörək yemək ücün bir syolu,yatmaq ücün bir həsiri olsun. Bu da sual altındadır. Hec bir konsepsiya görünmür hələ,baxmayaraq ki ,artıq iqtisadiyyat aqoniyadadır-ölməsinə 1 dəqiqə qalıb. Azərbaycan kimi dövlətin.AVSTRALİYA dan da yaxşı yaşamaq imkanları olsa belə bu apokalipsis ölkəsidir. Burada ancaq iblislər yaxşı yaşaya bilir.
Bunları qoydum kənara. Nə vaxtsa bu millət anlayacaq ki,evladlarını və gələcək nəsillərini dilənci və yoxsul bir gələcəyə ərmağan edirlər-bax onda ALLAH kasıbın intiqamından saxlasın . Ac adam isə qılınca capar. Qulun intiqamı amansız və qanlı olur. Tarixə baxın. Tarix bunu hər zaman sizə deyir.
Son zamanlar Qarabağ veteranlarının cəmiyyətdə şortu və sou caqqallarına döndərilmə faktı artıb. Bu da səbəbsiz deyil. Sosial şəbəkələrdə oturdulmuş "veteran sürüsü", " pulla abırsıpz aksiyalar kecirənlər ordusu","başmaq seyrinə cıxıb qəbristanlıqda şəkilcəkdirənlər polku","veteran kolxozları yaradıb,kolxoz anbarını dədə malı edənlər batalyonu" kimi diviziyanın əsasə məqsədi,mənəviyyatı və əxlaqı itmiş millətin son ümidi,vətənpərvərlik,vətənsevərlik ruhunun məhf edilməsidir. Cünki rusun sözü olmasın"легче править бал,когда вокруг одни проститутки".
Son sözüm: Kişisinizsə-kişiliyinizi,qadınsınızsa qadınlığınızı gələcək nəslə təmiz ərməğan edin. Cün zaman gələcək,həmən nəsil sizin gorunuz üstündə ya rəhmət,ya lənət oxuyacaq.Secim sizin.
İmza: yalancı,alcaq,binamus,döyüşdən qacıb arvad tumanında gizlənən,özündənmollalıq edən Abuzər Əbilov.
P.S- Sizin haqqımda deyəcəklərinizi qabaqladım ey "müharibə qarğa quzqunu".
TEREF.İNFO