Tarixdə bugün bildiyimiz aşağıdakı adlarda dövlət adı olmayıb. 1. Qaraxanlılar adlı dövlət yoxdur. Qaraxanlı adını bu dövlətə rus tarixçi Qriqoriyev verib. Qaraxanlılar isə özlərinə "Türk Xaqanlığı" dövləti deyiblər. 2. Əyyubilər adlı dövlət adı olmayıb. Bu dövlətin adı "Dövləti Türkiyyə"dir. Yəni Türkiyə dövləti. 3. Məmlüklər adlı da dövlət adı yoxdur. Məmlüklər Əyyubilərin varisi "Dövləti Türkiyyə" adını qoruyub saxlayıblar. 4. Babur şahın əsasını qoyduğu Böyük Moğol dövlət də dövlət adı deyildir. Bu dövlətin adı elə Baburun özü tərəfindən yazılan "Baburnamə"də "Türk dövləti" olaraq qeyd edilir. 5. Səfəvilər adı da dövlət adı deyildir. Dövlətin adı "Qızılbaşlar dövləti"dir. Tarixçi Əkbər Nəcəf Teref.az