TARİXÖNCƏKİ TÜRK DİLİ - GÖRƏSƏN ƏRƏB VƏ FARS DÜNYAYA GƏLMƏMİŞDƏN ƏVVƏL TÜRK FİKRİNİ NECƏ İZAH EDİRDİ?
5-05-2023, 10:39
(Bu gün FB xatırladır mənə. 5 ilin işidir. Mövzu həmişə original olduğundan mən də sizlərə xatırlatdım).
***
Türk yarananda, yalnız feilləri ilə danışıb deyir bizim "dilçilər". Elə Türkiyə, Özbəkistan, Qazaxstan, hətta uzaq Altay, Uyqur, Çaqatay diliçəlri də. Xəstəlik lokal xarakter daşımır, Bosfordan Saxaya kimi yayılmış pandemiyadır.
Deyillər Türkün nə isimi, nə sayı, nə sifəti, nə əvəzliyi (hətta MƏN farscadır deyillər), nə zərfi olub.
TƏKCƏ FELİ OLUB TÜRKÜN!
Qalan nə varsa tapıb göstərib, nə istədiyini başa salıb. Əslində bu doğrudan da olub. Türk fikrini piktoqramlarla, yəni şəkil yazılarla ifadə edib. Aşağıda üzünü göstərdiyim kitabda sübuta çalışıram ki, sinni 8 min il hesab edilən şəkil yazılardan bizə gəlib çatanları da türkcə danışır bizimlə. Bəs onnan qabaq necə olub? Məs., əgər keçi südü lazımıymışsa, uşaq bunu anasına necə başa salırmış? Axı ərəb və fars hələ yox idi. Yəqin ki, o, anasının əlindən tutub dartaraq mağalda, ya örüşdə anasına göstərirmiş:
əvvəl keçini,
sonra yelinini (məməsini)
sonra sıxma-boğma, sağma qaydasını,
sonra yerə düşən ağ süd giləsini.
Yalnız bundan sonra ağzını açıb söz fondunda olan tək feilini işlədib:
- "... ... ... .... İSTƏYİRƏM."
Yəni, "Ana, mən keçı südü istəyirəm".
Anası onsuz da başa düşüb ki, balası keçi südü istəyir.
Odur, bu şeriəbənzər şeir qopdu sinəmdən:
İLKİN TÜRK DİLİ
Deyillər türk dili, yalnız feildir
Feillər olmasa Türk Türk deyildir.
Hamısı gəlibdir ərəbdən, farsdan,
Nitq hissələri yaranıb borcdan...
Onlarsız min illər (!) dilsiz qalmışıq:
Əgər keçi südü istəyib bala,
Anasın götürüb gedib mağala,
Ana* göstərərək əvvəl keçini***, *Ona
İki əmzik tutan iki qıçını,
Əl atıb yelini sağmalayandan
"- ... ... ... İSTƏYİRƏM”
sözü qopub ağzından (şəkil 3).
Zəkadan yoğrulmuş Türkün Anası
Qanıb nə istəyir oğul balası.
Sağıb da Ukula* süd verib ona, *(şəkil 2)
Türkcəni feli ilə qanan oğluna.
Tək bir feili ilə tutuquşu tək
Türk dedi sözünü. Keçdi min illər...
Açmadı dilində isim, zərf dilək
Ərəb gələnədək, fars gələnədək.
_____________
*Ana (ona) - təklif etdiyim qadın cinsi üçün şəxs əvəzliyi.
**Ukul – mixi yazıda badya (şəkil 2).
*** Sütü irzu kimi göstərmək üçün Türk saqqallı keçi çəkirdi.
May 5, 2018, Sietl.
Tariyel Azerturk
Teref.az