ZƏLZƏLƏ, GÜNƏŞDƏ LƏKƏ VƏ VƏLVƏLƏ
5-07-2023, 00:06
Bir-iki həftə öncə bizim (məhəllədəki) pivəxanada bir professor danışırdı ki, zəlzələ, vulkan püskürməsi və başqa təbii fəlakətlər Günəş üzərində ləkələrin əmələ gəlməsiylə bağlıdır. Günəşdə ləkə olanda Yerdə də zəlzələ ya çay daşqını, müharibə, pis olaylar baş verir. Professor dedi ki, Monpele vulkanı püskürüb Martinik adasını yox edəndən bir-iki həftə əvvəl xəbərdarlıq kimi “Milli siyasət” qəzetində yazmışdı ki, Günəşdə ləkə yaranıb. Amma “Milli siyasət” qəzeti o adaya çatdırılmadı, xəbərdarlığı oxumadılar, odu ki, yanıb kül oldular.
Professorun o sözlərindən sonra başladım harasa getməzdən əvvəl qəzetlərə baxmağa, günəşdə ləkə var ya yox? Bir dəfə unutdum, qəzetə baxmamış getdim, restoranda davaya düşdüm, başımdan pivə parçıyla vurub dağıtdılar. Neçə həftə sarıqlı gəzəsi oldum. Olaydan sonra həç vaxt qəzetlərə baxmamış bir yerə getmirəm.
Yozef Şveyk. “İgid əskər Şveykin Birinci Dünya Müharibəsində macəraları” romanından
Qeyd №1. Birinci Dünya Müharibəsinə qədər indiki Çexia Respublikası müstəqil deyildi, Avstria-Macarıstan imperiasına daxil idi, “Milli siyasət” qəzeti isə çex dilində çıxırdı, yəni onu çexlərdən başqa oxuyan yox idi, o ki qaldı fransız dilində danışan oxuyan uzaq ölkələrə və adalara aparsınlar...
Hikmet Hadjy-zadeh
Teref.az