Qadınların həyat fəlsəfəsi, qadının dili ilə....
28-07-2023, 00:13
Sonuncu qayıq üzəndən sonra bu adamlar kayutaya düşüb siqarlarını yandıracaqlar. Siqaret çəkmək ziyandır, amma fərqi yoxdur. Və fərqi yoxdur ki, onlardan biri qulluqçu, digəri isə onun ağası, milyonçu Quqgenhaymdır. Onlar bahalı kostyumlar geyinib, birlikdə aşağı eniblər. Onlar qayıqlardakı yerlərini xanımlara verdilər. Və xilasedici jiletlərdə təbii ki, qadınlara verdilər.
Bu hadisdə Titanikdə oldu.
Və batan başqa bir gəmidə milyonçu Vanderbilt xilasedici jiletini uşağı olan qadına verdi. O, üzə biilmirdi və başqalarını xilas edərkən boğulub öldü. Yaşlı professor Libresku isə artıq bizim dövrümüzdə tələbələrin qaça bilməsi üçün auditoriyanın qapılarını tuturdu - manyak-qatil qapını açdı və professor qapıları tutarkən beş güllə yedi.
Kinoteatrda eyni hücum zamanı adi oğlanlar isə rəfiqələrini bədənləri ilə örtdülər - beş nəfər. Baxmayaraq ki, bəlkə də onlar bu qızlarla yeni tanış olmuşdular və onlar ilk dəfə kinoya getməyə qərar vermişdilər.
Yanımızda necə bir insan olduğunu - çətin anlarda öyrənəcəyik. Sözlər heç nə demək deyil. Bəzən kiçik əməllər və ya pis davranışlar da çox şey ifadə etmir. Ancaq belə kişilər üçün yaşaya və ölə bilərsiniz. Baxmayaraq ki, bir daha deyirəm, onları tanımaq çox, çox çətindir - onların heç bir üstün və ya xüsusi keyfiyyəti yoxdur. Ancaq onlarla rahatsan. Qəzəblənsən də, mübahisə etsən də, yenə də rahatsan. Və tamamilə sakitcə onlarla birlikdə kəşfiyyata gedə bilərsiniz. Və ya - okeanın dibinə, İda Strauss kimi. Onun əri də belə idi.
O, qulluqçusunu qayığa oturtdu və qayıqda xilas olmaq yerindən imtina etdi, baxmayaraq ki, satın ala bilərdi - axı o, varlı adam idi. Lakin o, imtina etdi. Və xanımıda imtina etdi. Onunla birlikdə həlak oldu. Xanımı sakitcə bu qərarı verdi.
Bir kişidə qalan hər nəsnə o qədər də vacib deyil. Onun yanında özünüzü rahat hiss edirsinizsə, başqa heç nəyin əhəmiyyəti yoxdur. Məncə çətin anda,başqa çıxış yolu yoxdursa biz onlarla qalmağa qərar verəcəyik. Ən azından sevgi və minnətdarlıqla bizə bəxş etdikləri rahatlıq üçün...
Anna Kiryanova
Teref.az