"Tatarlar" Azərbaycan türklərinə deyilirdi.
4-09-2023, 12:54
Dünya xalqlarından heç biri öz şöhrət və möhtəşəmliyi ilə Türklərdən (tatarlardan) üstün olmamışdır. Bu xalq bəşəriyyətin əsil ağasıdır :
o biri xalqlar sanki bu xalqa xidmət üçün yaradılmışlar. Onlar eyni dərəcədə həm imperatorluqlar quran, həm də imperatorluqları çökdürəndirlər ; bütün vaxtlarda bu xalq dünyaya öz qüdrətini göstərmiş, hər zaman o biri xalqlar üzərində qamçı olmuşlar.
Türklər (tatarlar) iki dəfə Çini fəth etmişlər və hələ də onu itaətdə saxlayırlar (1644-cü ildən Çində hökmranlıq edən mancurlar nəzərdə tutulur). Onlar Böyük Moğol imperatorluğuna (1526-1858-ci illərdə Hindistan yarımadasının böyük bir hissəsini əhatə edirdi) daxil olan geniş ərazilərdə hökmranlıq edirlər. Onlar Farsistanın ağalarıdır, Kiri və Giştaspın taxtında otururlar (XI əsrdən 1925-ci ilə qədər indiki İran İslam Respublikası ərazisinin böyük bir hissəsini əhatə edən ərazilərdə hökmranlıq edən Səlcuqlular, Azərbaycan Atabəyləri, Baharlı, Bayandurlu, Səfəvilər, Əfşarlar, Qacarlar Törk sülalələri nəzərdə tutulur ). Onlar Moskvanı tabe etmişdilər (Qızıl Ordu dövləti).Osmanlı türkü adı ilə onlar Avropa, Asiya və Afrikada geniş fəthlər apararaq, dünyanın üçdə birinə hökm edirlər.
Onların keçmişindən danışanda, Roma i hrəmanlıqlarını yaddaşlarda şərəfləndirəcək tarixçiləri çatışmamışdır. Nə qədər ölümsüz əməllər unutqanlıqla gömülmüşdür! Türklər (tatarlar) tərəfindən tarixini bilmədiyimiz nə qədər dövlətlər yaradılmışdır! Yalnız bu günkü şöhrətilə öyünən bu cəngavər xalq öz məğlubedilməzliyinə əmin olduğundan özünün keçmişdəki fəthlərini əbəbdiləşdirmək qayğısına qalmamışdır.
Monteskyö "İran məktubları"
Kərəm Hətəmoğlu Məmmədli.