Çingiz Abdullayeva xitab... - BAKI LƏHÇƏSİNİ TƏHQİR ETMƏYİN!!!

7-09-2023, 18:21           
Çingiz Abdullayeva xitab... -
Çingiz Abdullayevin cəmiyyəti Azərbaycanı tərk edəcəyi ilə təhdid etməsi məni narahat etmir. O hər yerdə kefi kök, damağı çağ həyat sürəcək. Yolu açıq və Allah köməyi olsun!!!
Amma onun Bakı ləhçəsini təhqir etməsinə dözə bilmərəm. Bakı ləhçəsi (qazaxlı dostlarım məndən inciməsinlər. Xüsusilə də Azər Rəşidoğlu Азер Рашидоглу) Azərbaycan ədəbi dilinin əsasını təşkil edən iki ləhçədən biridir. Ikincisini deməyəcəyəm. Azər məni "xalq düşməni" elan edər.Cənab Abdullayev isə deyir ki, kimlərsə onu Bakı ləhçəsində danışdığı üçün günahlandırır, az qala ölkədən didərgin düşməyə məcbur edir...
Ağ yalandır! Bakı ləhçəsinə təhqirdir! O bizi öz "ayıbsızlığına" inandırmaq istəyir. Lap Məşədi İbad kimi. Cənəb Abdullayev Bakı ləhçəsində danışmır. O, ümumiyyətlə Azərbaycan dilində danışmır. Azərbaycan xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini olub, Azərbaycan dilini bilməmək özü bir ayıbdır. Nə etmək olar?! Belələri də var və gələcəkdə də yəqin ki, olacaq. Həm də deyirlər ki, hər gözəlin bir ayıbı var. Bu ayıbı ona keçirəm. Amma buna görə Bakı ləhçəsini günahlandırıb təhqir etməsi, mən deyərdim ki, bağışlanmaz və dözülməsi qeyri-mümkün günahdır...
Necə deyərlər, "getmək istəyirsən, bəhanəsiz get"...
SÜRİX
7 sentyabr 2023-cü il
Rauf Mirqədirov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.