Nuru Paşa və Cəfər Cabarlının evində çalınan “On dördü” rəqsinin tarixçəsi...
13-09-2023, 10:19
C.Cabbarlı ovqatının xoş anlarında təkcə tamaşalara musiqilər
deyil, bir sıra fərqli səpkidə marş, mahnı və rəqslər də bəstələyib. “On dördü” rəqsi də belə musiqilərdəndir. Bu rəqsin yaranmasının maraqlı tarixçəsi vardır.
Xilaskar Türk-Qafqaz İslam Ordusunun komandanı, general
Nuru Paşa1 1918-ci il sentyabr ayının 14-də Bakını erməni daşnaklarından xilas etməkdən ötrü qoşunu ilə şəhərə daxil olur. Onun rəhbərlik etdiyi qəhrəman türk ordusu qatil daşnakların layiqli cavabını verir, sentyabrın 15-də şəhər tamamilə erməni vəhşilərindən təmizlənir...
Professor Asif Rüstəmli bildirir ki, 1918-ci il noyabrın 10-da
Azərbaycan hökuməti Nuru Paşanın şərəfinə ziyafət təşkil etmişdi
.A.Rüstəmli yazır: “General ziyafətdən sonra “arkadaş” adlandırdığı
Cəfərin dəvətini qəbul edərək onun qonağı oldu. Gənc olmasına
baxmayaraq, istedadlı və böyük sənətkarın darısqal mənzil şəraiti generalı sıxdı. Nuru Paşanın bu istiqamətdəki təkliflərindən Cəfər
minnətdarlıqla imtina etdi. Lakin ertəsi gün Nuru Paşanın göndərdiyi
hədiyyələri Cəfərin anası Hacı Şahbikə xanım qəbul etmək
məcburiyyətində qaldı. Bunlar: bir ədəd nikelli dəmir çarpayı, daş
güzgü, paltar üçün ayaqlı asılqan, divar saatı, bəzi əşya və
ləvazimatlardan ibarət idi”
.
Bu ziyafətdə Cabbarlının qohumları və həmyerlilərindən ibarət
kiçik ansamblın ifasında müxtəlif musiqilər səslənir. Maraqlısı budur ki, səslənən melodiyaların bəzilərinin bəstəsi Cabbarlıya məxsus idi. Zurna, balaban, qarmon, nağara və qoşanağarada ifa olunan musiqilər arasında bir rəqs Nuru Paşanın xüsusi ilə xoşuna gəlir. Paşa biləndə ki, rəqsin musiqisi Cəfərə məxsusdur, ondan soruşur: Cafer, şu güzel raksın ismi ne?
Cəfər cavab verir: – İsmi yok, şu andan koy “On dördü” olsun.
– Neden “On dördü”?
– On dörd eylülün, şu günün şərəfinə”2
.
“Eylül” sentyabr deməkdir. Deməli, C.Cabbarlı həmin günün şərəfinə özünün bəstələdiyi rəqsə “On dördü” adını vermişdir. Hətta bir müddət bu melodiyanı “Nuru Paşa” rəqsi də adlandırmışlar. Sonralarsovet ideologiyasına uyğun gəlmədiyindən və rəqsin Nuru Paşanın adı ilə bağlı olduğunu unutdurmaqdan ötrü düşünülmüş şəkildə “on dörd”
rəqəmi barədə bir sıra fikirlər uyduruldu.Haqqında danışdığımız “On dördü” rəqsindəki rəqəm isə qeyd edildiyi kimi, adında ayın günlərindən birini ifadə edir. Hər halda həmin melodiyanı “Nuru Paşa” rəqsi adı ilə təqdim olunması da məqsədəuyğundur. Bu rəqsi bədxah qonşularımız ermənilər “Dasniçors” adı ilə ifa edirlər ki, bunun da tərcüməsi “On dördü” deməkdir.
Ermənilərin sadəcə bu faktdan xəbərləri yoxdur...
“On dördü” rəqsinin not nümunəsini ilk dəfə Səid Rüstəmov
1936-cı ildə “Azərbaycan rəqs havaları” adlı məcmuəsində nəşr
etdirmişdir
Aşağıda "Ondördü "rəqsini sizə tədim edirəm.
Baba Allahnəzərov
Teref.az